GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Əliyevlə Paşinyan arasında 4-cü görüş: - Ümumi nəticələr nədən ibarətdir

Əliyevlə Paşinyan arasında 4-cü görüş: - Ümumi nəticələr nədən ibarətdir

Tarix: 1-09-2022, 13:07 Bölmə :Siyasət Baxış: 273

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan növbəti 4-cü görüş əvvəlkilərdən daha məhsuldar olması ilə seçilib. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün yekunlarına dair mətbuata verdiyi bəyanatından görmək olar.

Onun bildirdiyinə görə, Brüssel görüşündə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişlərin və sabit vəziyyətin daha yaxşı təmin edilməsi nəzərdən keçirilib:

"Müzakirələrimiz Cənubi Qafqazda baş verən son hadisələr və Aİ ilə hər iki ölkə arasında münasibətlərə yönəldi. Mübadilələrimiz açıq və məhsuldar oldu. Gündəliyimizdəki bütün məsələlərə baxdıq. Son görüşümüz zamanı əldə olunmuş razılaşmaların irəliyə aparılması üçün kifayət qədər addımların atıldığını görmək müsbət haldır.

Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq və xarici işlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməyi tapşırdıq.

Həmçinin humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirələr apardıq. Biz sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər üzrə irəliləyişi nəzərdən keçirdik. Razılaşdıq ki, Sərhəd Komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin".
Ətraflı
Şarl Mişel onu da bildirib ki, hər iki tərəfin əhalini uzunmüddətli davamlı sülhə hazırlaması vacibdir.
"İctimai mesajlaşma bu baxımdan kritikdir. Belə həssas bir vəziyyətdə ictimaiyyətə deyilən hər bir söz açıq şəkildə qarşı tərəfdə dinlənilir və ölçülür.
Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq”. Gundemxeber.az-ın məlumatına görə, Qaynarinfo-ya açıqlamasında Brüssel görüşünün nəticələrini bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, bu son görüş siyasi iradənin olduğunu göstərsə də, amma hələlik ciddi nəticələr olmadığını da ortaya qoydu:
"Şarl Mişelin bu bəyanat göstərir ki, Avropa İttifaqı rəhbərliyində prosesi davam etdirmək üçün siyasi iradənin nümayişi hiss olunur. Prosesin hansı formanı alacağı isə, hələ ki, bəlli deyil. Görüşdən sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bəyanatında da göstərilir ki, məsələlər bölünüb. Qarabağ mövzusu Azərbaycanın daxili siyasətinə aid olan bir mövzudur. Ona görə də Avropa İttifaqının bu istiqamətdə göstərdiyi təşəbbüs və fəallığını regiondakı postkonflikt münasibətlərin həll olunmasına yönəldə bilər. Siyasi iradə var. Amma hələlik ciddi nəticələrin olduğunu da görə bilmirik. Ümumi nəticələr bundan ibarətdir”.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Vyanada Əliyevlə Paşinyan arasında görüş olacaq

    Bu gün Vyanada Əliyevlə Paşinyan arasında görüş ...

    29-03-2019, 11:00

  • 
  • Şarl Mişel: "Cənubi Qafqazın təhlükəsizliyinə göstərilən səylərə dəstəyimiz tamdır"

    Şarl Mişel: "Cənubi Qafqazın ...

    19-04-2022, 11:29

  • 
  • Şarl Mişel: Azərbaycan və Ermənistan sülh müqaviləsi istiqamətində işin sürətləndirilməsi ilə bağlı razılığa gəlib

    Şarl Mişel: Azərbaycan və Ermənistan sülh ...

    1-09-2022, 13:34

  • 
  • Paşinyan: “İlham Əliyevlə dəmir yolunun fəaliyyətinin bərpası ilə bağlı razılığa gəldik” - FOTO/VİDEO

    Paşinyan: “İlham Əliyevlə dəmir yolunun ...

    15-12-2021, 10:49

  • 
  • İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq - Ermənistan XİN rəsmisi

    İlham Əliyev və Nikol Paşinyan arasında görüş ...

    31-05-2018, 15:34


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu