GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qubadlının 27 illik qubardan qurtuluş günü

Qubadlının 27 illik qubardan qurtuluş günü

Tarix: 26-10-2022, 11:03 Bölmə :Siyasət Baxış: 234

Qubadlı şəhərinin qurtuluşu necə baş verdi?

25 oktyabr tarixi, 2020-ci ilin 27 sentyabrında başlamış və 44 gün tamamında Azərbaycanın şanlı Zəfəri ilə başa çatmış müharibənin gedişatında önəmli dönüş nöqtəsi oldu. Qubadlının qurtuluş əməliyyatı bir neçə gün çəkdi. Çünki şəhərdə ermənilər güclü istehkamlar qurmuş, möhkəmlənmişdi və Qubadlı Ermənistanla həmhüdud olduğu üçün işğalçı qüvvələrin əlavə, operativ dəstək imkanları vardı. Məsələn, Qubadlının yüksəkliklərində düşmənin hərbi birləşmələri yerləşmişdi və belə olunca, Qubadlını azad etmək üçün, necə deyərlər, mümkün olmayan mümkün olmalı – ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu strateji yüksəkliklərdən hərbçilərimizə davamlı olaraq atəş açırdı. Bax, bu deyilənlər yetərlidir ki, Qubadlının azad edilməsi əməliyyatının nə qədər xüsusi peşəkarlıq, fədakarlıq tələb etdiyi tam aydın olsun. Biz xüsusi peşəkarlıq deyərkən ilk növbədə onu nəzərdə tuturuq ki, itkilərimiz ən minimum, nəticələr ən maksimum olmalıydı. Oldu da! – Şanlı Azərbaycan Ordusu öz əcdadının hərb ənənələrinə sadiq qalaraq, yeni silahlardan məharətlə yararlanaraq həm peşəkarlığı həm də fədakarlığı ilə seçildi. Beləliklə, 27 il işğalda qalan Qubadlı şəhərinə hakim olan yüksəkliklər götürüldü, şəhərətrafı kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq düşməndən təmmizləndi. Nəhayət oktyabrın 25-də Müzəffər Silahlı Qüvvələrimiz şəhəri düşməndən təmizlədi. Qubadlı şəhəri qurtulduqdan sonrakı günlər rayonun digər kəndləri də məhz peşəkarlıq və fədakarlıq əsəri sayılacaq əməliyyatlarla, döyüşlərlə azad olundu – Qubadlımız 27 illik qubardan qurtuldu!

Necə ki Qubadlıdan öncəki əks-hücum xronologiyası üzrə azad olunan şəhərlər, qəsəbə və kəndlər, yüksəkliklər Qubadlı şəhərinin azad edilməsinə yol açırdı, Qubadlının qurtuluşu da tarixi Zəfərimizi yaxınlaşdırdı. Bilindiyi kimi, Qubadlının qurtuluşunun ardınca digər hərbi uğurlarımız sıralandı, Laçının önəmli yaşayış məntəqələri və b. ərazilərimiz düşməndən təmizləndi, nəhayət 8 noyabrda Ali Baş Komandanın “Əziz Şuşa, sən azadsan!” müjdəsi bütün Dünya Azərbaycanlılarını, vəfalı qardaşlarımızı, etibarlı dostlarımızı, yaxın-uzaq coğrafiyalardakı haqpərvər insanları ayağa qaldırdı!

Bəli, hər bir kənd, qəsəbə və şəhərimizin, dağımız və düzümüzün, yüksəklik və dərələrimizin yağı tapdağından təmizlənməsi özünəməxsus özəllik, hər hərbi uğurumuz tarixilik və perspektiv mahiyyəti daşıyırdı. Qubadlının qubardan qurtuluşunun ikinci ildönümündə bu sözləri qürurla yazırıq. Bu anlamlı gündə əziz şəhidlərimizin ruhunu dərin ehtiramla yad edir, döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə şəfalar, müharibənin iştirakçısı olmuş bütün Vətən oğullarına möhkəm can sağlığı, iş avandlığı diləyirik!

***

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü, ideyası və imzası ilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik, şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezidentin müvafiq sərəncamları ilə bu medalla, bir çox hərbçimiz həmçinin digər orden və medallarla təltif edilmişdir.

Qubadlının işğalı: o illərdə nələri itirmişdik?..

Dünya erməniliyinə, güclü havadarlarına arxalanan və təlimatlar alan, maddi-texniki, hərbi-siyasi (konkret olaraq, o dövr üçün müasir sayılan silahlarla) dəstək görən Ermənistan silahlı qüvvələri Qubadlı rayonunu 31 avqust 1993-cü ildə işğal etmişdi. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 161 mədəniyyət obyekti, 7 məscid, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 16 körpü dağıdılmış və yararsız duruma salınmışdı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdı.

İşğala qədər Qubadlının torpaq fondunun 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi.

Qubdalıdan 30 minə yaxın məcburi köçkün respublikamızın müxtəlif yaşayış məntəqələrində keçici olaraq yerləşdirilmişdi. Qubadlı şəhərinin və onun kəndlərinin əhalisini zorla didərgin salan Ermənistansa rayonun Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən mütxəlif vədlərlə gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdi. Əlbəttə, bu özü də bir müharibə cinayətidir: Ermənistanın da qoşulduğu məlum “Cenevrə konvensiyaları”na görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş sayılır. – Bir sözlə, Ermənistanın hərbi-siyasi rəhbərliyi başda olmaqla, ermənilərin vandallığı Qubadlıdan da yan keçməmişdir.

Qubadlının özəllikləri

Qubadlı rayonu günbatardan 120 km məsafə boyu Ermənistan Respublikası ilə, quzeydən Laçın rayonu, Xocavənd rayonu, gündoğardan Cəbrayıl rayonu, güneydən isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Qubadlı rayonu faydalı qazıntı ehtiyatlarına malikdir. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır.

İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin güneyində tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) Qubadlının ərazisindən axır.

Qubadlının yeni inkişaf dövrü

Qubadlı öz inkişafına 27 illik gecikməynən başlayıb. İşğaldan qurtulduqdan sonrakı dönəm Qubadlı tarixinin özünəməxsus yeni inkişaf dönəmidir. Qubadlı şəhəri, onun bütün kəndləri yenidən qurulacaq. Qubadlı ağrılı keçmişini unutmayacaq ancaq onu bir daha yaşamayacaq da! – Bu əminliyi bizə tarixi Zəfərimiz, Qubadlını döyüşlərlə azad etməyimiz, Müzəffər Ali Baş komandanımızın siyasi iradəsi, şanlı Ordumuzun qüdrəti, dövlət-xalq birliyinin sarsılmazlığı, ümumən işimizin haqq işi olması və o haqqı qorumağı bacaran dövlətimiz verir.

Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli addımlar atılır, praktik işlər görülür. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri, səfərlər müddətində verilən ismarıclar, təçəlqoymalar, açılışlar dediklərimizi bariz şəkildə təsdiq edir.

23.12.2020: Qubadlıya ilk dəfə səfər edən Prezident burada Azərbaycan bayrağını ucaltdı;

25.10.2021: Prezident Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının açılışında, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə iştirak etdi, nitq söylədi;

19 oktyabr 2022: İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu.

Qubadlı şəhərinin baş planı ən çağdaş normalara uyğun hazırlanıb. Ali dövlət rəhbərliyinin yanaşma fəlsəfəsinə müvafiq qaydada, baş plana əsasən Qubadlının təbiəti və tarixi keçmişi özünəməxsus memarlıq həllinə qovuşacaqdır. Rəsmi məlumatda oxuyuruq: “Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi çox strateji mövqedədir, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Həmçinin Həkəri çayını əhatə edən təbii yaşıllıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcək, bu da öz növbəsində kompleksin heyrətamiz təbii mühitdə inşasına imkan yaradacaq. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.

Həkəri çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yoldan başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəklində fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə tamamlanır”... – Yalnız bir rəsmi məlumat belə işğalla azadlığın, işğalçılarla, torpağın əsl sahiblərinin, Ermənistanla Azərbaycan dövlətlərinin həyata, dünyaya, insana, təbiətə yanaşmasındakı köklü fərqləri, kəskin fəlsəfi təzadı nümayiş etdirir. Vandal yıxıcı ilə mədəni, zövqlü qurucu arasındakı fərqi göstərmək adına bu bir neçə cümləlik rəsmi məlumat belə yetərlidir.

Daha iki istiqamət: elektronergetika və yollar...

Artıq bəlli olduğu kimi, azad edilmiş torpaqlarımızda 7 yarımstansiya tikilib. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını göz önündə tutur. Sözügedən yarımstansiya 40 meqavata hesablanıb və gələcəkdə ehtiyac yaranarsa, onun gücü iki dəfə də artırıla bilər. İnkişaf dinamikası baxımından bir xatırlatma edək: Sovet dönəmində Qubadlı rayonunun ümumi enerji istehlakı cəmi 12 meqavat olub. Deməli, Qubadlı ilkin dönənmdə 3 dəfədən çox enerji istehlakı imkanına malik olacaq.

Başqa bir önəmli ihkişaf göstəricisi dördzolaqlı yolla bağlıdır. Dövlət başçısının vurğuladığı kimi, bu yol respublikamızın Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan rayonlar arasında birləşməni təmin edəcək: “Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır”. – Ümummilli liderimiz deyirdi: “Yol – mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”!

DÖVLƏTİMİZ VAR OLSUN! 


GUNDEMXEBER AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Qubadlının işğaldan azad olunmasında fərqlənmiş komandirləri təbrik etdi

    İlham Əliyev Qubadlının işğaldan azad olunmasında ...

    26-10-2020, 16:50

  • 
  • Qubadlının işğalından 22 il ötür

    Qubadlının işğalından 22 il ötür ...

    31-08-2015, 11:43

  • 
  • Qubadlının icra başçısının böyük biznesi üzə çıxdı

    Qubadlının icra başçısının böyük biznesi üzə çıxdı ...

    22-10-2014, 22:23

  • 
  • Füzulinin 6, Cəbrayılın 2, Qubadlının 3, Zəngilanın 1 kəndi işğaldan azad olunub

    Füzulinin 6, Cəbrayılın 2, Qubadlının 3, ...

    7-11-2020, 13:34

  • 
  • Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA

    Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA ...

    18-10-2019, 16:35


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu