Gundemxeber.az » Siyasət » Soçi görüşü öncəsi Rusiyada Azərbaycana qarşı aparılan kampaniyalarda məqsəd nədir?
Politoloq: “Rusiya telekanallarının və təbliğat maşınlarının apardığı kampaniyalar Azərbaycana təsir etmir”.
“Soçi görüşündə əsas olaraq Rusiya öz maraqlarını təmin etməyə çalışacaq. Buna görə də öz maraqları çərçivəsində həm Azərbaycan tərəfindən, həm də Ermənistan tərəfindən güzəşt əldə etməyə çalışacaq”.
Bu sözləri politoloq İlqar Vəlizadə Rusiya telekanallarının Soçi görüşü öncəsi Azərbaycana qarşı apardığı kampaniyaların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.
Soçi görüşü öncəsi Rusiya telekanalları və təbliğat maşını birtərəfli şəkildə Azərbaycana qarşı kampaniya apardı. Bunu nəzərə alaraq demək olarmı ki, Soçidə Rusiya daha çox Azərbaycan tərəfindən güzəşt əldə etməyə çalışır?
Rusiyanın Soçi görüşündəki məqsədini PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.
İlqar Vəlizadə: “Rusiya nə qədər Azərbaycan əleyhinə kampaniyalar aparsa da, sonda Azərbaycanın mövqeyi ilə razılaşmalı olub. Düşünürəm ki, bu dəfə də belə olacaq”.
Qarabağ məsələsini həll etdiyi məqamda Azərbaycanı heç kəs öz əqidəsindən döndərə bilməzliyini vurğulayan politoloq bildirib ki, Rusiya Azərbaycana qarşı nə qədər kampaniyalar aparsa da, bunun nəticəsi olmayacaq:
“Rusiya telekanallarının və təbliğat maşınlarının apardığı kampaniyalar Azərbaycana təsir etmir. 30 il ərzində Rusiya telekanalları Azərbaycana qarşı çox kampaniyalar apardı. Amma görmüşük ki, Rusiya nə qədər Azərbaycan əleyhinə kampaniyalar aparsa da, sonda Azərbaycanın mövqeyi ilə razılaşmalı olub. Düşünürəm ki, bu dəfə də belə olacaq.
Azərbaycan heç vaxt öz hədəfindən və məqsədindən dönməyib. Ələxsus da, indiki məqamda, Qarabağ məsələsini həll etdiyi məqamda Azərbaycanı heç kəs öz əqidəsindən döndərə bilməz. Rusiya Azərbaycana qarşı nə qədər kampaniyalar aparsa da, bunun nəticəsi olmayacaq.
Rusiya boş-boşuna danışır. Özlərinin dediklərini də yalnız özləri eşidirlər. Onların dedikləri bizə heç bir təsir göstəmir. Soçi görüşündə də əsas olaraq Rusiya öz maraqlarını təmin etməyə çalışacaq. Buna görə də öz maraqları çərçivəsində həm Azərbaycan tərəfindən, həm də Ermənistan tərəfindən güzəşt əldə etməyə çalışacaq”.
Gundemxeber.az
10-08-2014, 19:25
22-11-2014, 22:22
2-02-2014, 00:31
15-07-2017, 13:16
27-06-2015, 06:23
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?