Prezident İlham Əliyev İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.Bununla bağlı Prezident.az məlumat yayıb.
Sənədə əsasən, İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsinin gəlirləri 212 668 344,50 manat, xərcləri 212 668 344,50 manat məbləğində təsdiq edilir. Bundan başqa, dövlət başçısı “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 674-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?