GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rusiya Azərbaycan-Ermənistan sülh müqaviləsi layihəsi üzrə danışıqların təşkilinə hazır olduğunu bildirib

Rusiya Azərbaycan-Ermənistan sülh müqaviləsi layihəsi üzrə danışıqların təşkilinə hazır olduğunu bildirib

Tarix: 1-02-2023, 12:26 Bölmə :Siyasət Baxış: 203


Yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

“Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib”, məlumatda qeyd edilir.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, nazirlər Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin həlli yollarının müzakirəsini davam etdiriblər.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının bütün yolları üzrə ritmik işin bərpasının vacibliyi vurğulanıb. Bu kontekstdə Rusiya tərəfinin Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğu təsdiqlənib”, məlumatda qeyd edilir.

Yanvarın 31-də erməni tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

“Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət müzakirə edilib, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərin bütün kompleksinin ardıcıl icrasının vacibliyi vurğulanıb”, Rusiya Prezidentinin rəsmi internet saytının məlumatında deyilir.

Ermənistanın baş naziri Nikol Paşinyanın ofisinin açıqladığı məlumatda “Dağlıq Qarabağda yaranmış humanitar böhranın” müzakirə edildiyi və “bunun aradan qaldırılması üçün Rusiyanın lazımi addımlar atmasının vacibliyinin” vurğulandığı bildirilir.

Məlulmatda deyilir ki, onlar “Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən 2020-ci il 9 noyabr, 2021-ci il yanvarın 11 və 26 noyabr və 2022-ci il oktyabrın 31-də imzalanmış üçtərəfli sazişlərin icrası ilə bağlı məsələləri müzakirə ediblər”.

Bu il yanvarın 26-da Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının Ermənistanda mülki monitorinq qrupunun yerləşdirlməsinin regionda sülh prosesinə zərbə vuracağını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın sərhədyanı rayonlarında Avropa İttifaqının (Aİ) mülki monitorinq missiyasının yaradılması ilə bağlı mətbuat üçün yaydığı məlumatda deyilir ki, yanvarın 23-də Aİ Şurası iki il müddətinə Ermənistanda Avropa İttifaqının yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib.

“Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini geri çəkmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafa qayıtmaq istəkləri istiqamətində köklü maraqlarına zərbə vura bilər”, Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Avropa İttifaqı Şurası yanvarın 23-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki il olacaq.

Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasından bir neçə gün öncə, yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Mən prezident Əliyevi Laçın dəhlizində kommersiya hərəkətini dərhal bərpa etməyə çağırdım. Hər gün blokadada qalması humanitar böhran riski yaradır və Ermənistan və Azərbaycanın sülh yolunda atdığı addımları sarsıdır. Birləşmiş Ştatlar bu səyləri dəstəkləməyə sadiqdir”, Dövlət katibi Blinken Twitter səhifəsində qeyd edib.

ABŞ Dövlət katibi Antoni Blinken yanvarın 18-da Ermənistan baş naziri Nikol Paşinyanla da telefonla danışıb.

Dövlət Departamentinin sözçüsü Ned Praysın yaydığı bəyanatda deyilir ki, katib Blinken Nikol Paşinyanın sülhə sadiqliyini alqışlayıb və tərəflər Azərbaycanla ikitərəfli danışıqların bərpası üçün atılmalı olan addımları müzakirə edib.

“Dövlət katibi Laçın dəhlizinin blokadası səbəbilə Dağlıq Qarabağda pisləşən humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib. Dövlət katibi həmçinin ABŞ-ın davamlı sülhə aparan səylərə və ABŞ-la Ermənistan arasında güclü çoxşaxəli ikitərəfli əlaqələrə dəstək vermək öhdəliyini təsdiqləyib”, bəaynatda qeyd edilir.

2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan Baş Naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın “kobud pozuntusu” olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişinin təmin olunduğunu bildirir.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə gəlsə də, monitorinqə imkan verilməyib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Rusiya xarici işlər nazirləri Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər - YENİLƏNİB

    Azərbaycan və Rusiya xarici işlər nazirləri Laçın ...

    31-01-2023, 22:45

  • 
  • Ceyun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

    Ceyun Bayramov və Sergey Lavrov arasında telefon ...

    12-12-2020, 20:09

  • 
  • Ceyhun Bayramov ərəbistanlı həmkarı ilə Qarabağı müzakirə etdi

    Ceyhun Bayramov ərəbistanlı həmkarı ilə Qarabağı ...

    26-11-2020, 19:25

  • 
  • Ceyhun Bayramov fransız həmkarına: Sərhəd məsələsinin şişirdilməsi yolverilməzdir

    Ceyhun Bayramov fransız həmkarına: Sərhəd ...

    17-05-2021, 11:10

  • 
  • Ceyhun Bayramov Çavuşoğlu ilə Qarabağı müzakirə etdi

    Ceyhun Bayramov Çavuşoğlu ilə Qarabağı müzakirə ...

    19-05-2021, 14:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu