Gundemxeber.az » Siyasət » İlham Əliyev Mədəniyyət nazirinin müavinlərini dəyişdi
Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyində dəyişikliklər edib.
Gundemxeber.az xəbər verir ki, prezidentin martın 1-də imzaladığı sərəncamlarla Vaqif Əliyevi mədəniyyət nazirinin birinci müavini, Sevda Məmmədəliyevanı müavini vəzifələrindən azad edib. Başqa sərəncamlarla Səadət Yusifova və Murad Hüseynov nazir müavini təyin olunublar.
2022-ci il dekabrın 22-dən mədəniyyət nazirinin birinci müavini olan Adil Kərimli nazir vəzifəsinin də icraçısıdır.
Adil Kərimli 1979-cu ildə doğulub.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib, həmin təhsil ocağının müəllimi, baş müəllimi olub, Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsini tutub.
Hüquq üzrə fəlsəfə doktorudur.
Mədəniyyət Nazirliyi 1953-cü ildə yaradılıb. 2006-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi adı daşıyıb.
GUNDEMXEBER.AZ
20-07-2020, 18:02
24-12-2022, 12:04
5-01-2021, 15:56
17-08-2020, 15:00
14-01-2016, 21:24
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?