Martın 30-da Ramallahda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb.
AZƏRTAC dövlət agentliyinin məlumatına görə, Fələstin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə brifinqdə deyib ki, Azərbaycanın Fələstinin azadlıq uğrunda səylərini dəstəkləməsini alqışlayır.
Azərbaycan və Fələstinin dost ölkələr olduğunu deyən nazir Bayramov ilə görüşdə ikitərəfli əlaqələrin inkişafı yollarını müzakirə etdiklərini deyib. O, fələstinli tələbələr üçün təhsil proqramı təqdim etməsinə və Fələstində məktəb inşa etmək təşəbbüsünə görə Azərbaycana təşəkkürünü bildirib.
Riyad Əl-Maliki yaxın vaxtlarda Fələstində Azərbaycan nümayəndəliyinin açılışının olacağını deyib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Azərbaycan müxtəlif regionlarda münaqişələrdən və silahlı qarşıdurmalardan narahatdır.
"Biz Fələstin-İsrail münaqişəsinin həllini istəyirik, sülhə nail olmaq istiqamətində səyləri dəstəkləyirik. Biz iki dövlətli həll yolunu (Şərqi Qüdsün paytaxt olması ilə) dəstəkləyirik", nazir Bayramov qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?