Ermənistan Azərbaycanla sülhün əldə olunm asında və müqavilə imzalanmasında maraqlıdır.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bunu Ermənistanın prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin İsveç-Ermənistan dostluq qrupunun sədri Byorn Söderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Ermənistan hökumətinin və onun hakimiyyətinin bir məqsədi var - regionda sülhə nail olmaq və danışıqlar yolu ilə Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq", - Xaçaturyan bildirib
Onun sözlərinə görə, İrəvan region ölkələri ilə mehriban qonşuluq münasibətləri qurmağa, regional kommunikasiyaların qarşısının alınmasına və sərhədlərin açılmasına sadiqdir.
Öz növbəsində Söder respublikaya və bütövlükdə regiona marağın artdığını elan edib: "Bunu İsveç-Ermənistan dostluq qrupunda deputatların sayının artması sübut edir”.
İrəvana səfəri çərçivəsində İsveç parlamentinin nümayəndə heyəti "erməni soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş Tsitsernakaberd memorial kompleksini və Yerablur hərbi panteonunu ziyarət edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?