Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib...
Dövlət başçısı bu barədə mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən deyib.
Prezident İlham Əliyev bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd edib.
Dövlət başçısı Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırlayıb, ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə edib, bu cür meyilləri qınadığını dedi və bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırıb.
GUNDEMXEBER.AZ
21-12-2017, 10:44
18-06-2016, 15:50
12-11-2018, 14:01
11-05-2017, 21:19
8-02-2017, 23:12
Sorğu
Yeni dizaynımız necədir?