“Azərbaycan özünün təqdim etdiyi beş prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir”.
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən deyib.
Dövlətimizin başçısı Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsünün məhz Azərbaycan tərəfindən irəli sürüldüyünü bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?