Gundemxeber.az » Siyasət » Ərdoğan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün vacib şərtləri açıqladı - YENİLƏNİB
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesi də müzakirə olunub.
Məlumata görə, Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə imzalanmasının normallaşma prosesi üçün vacib olduğunu vurğulayıb.
Həmçinin, Türkiyə və Azərbaycan arasında ticarət həcmini hədəflənən 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirilməsi lazım olduğunu deyən Prezident Ərdoğan, enerji və nəqliyyat sahələrində birlikdə hərəkət etmənin, tam əməkdaşlığın hər iki ölkənin mənafeyinə uyğun olduğunu qeyd edib.
Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan dövlət başçısı bu yollardan daha səmərəli istifadənin əhəmiyyətinə diqqət çəkib.
18:14
Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü barədə məlumat yayıb.
Qurumdan bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, həmçinin regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
16:38
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş baş tutub.
Görüş Türkiyə prezidentinin iqamətgahında keçirilib.
Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, türkiyəli həmkarı Hakan Fidanla görüşüb və birgə mətbuat konfransı veriblər.
GUNDEMXEBER.AZ
9-06-2017, 23:10
30-10-2017, 11:42
14-09-2018, 14:44
10-02-2020, 12:30
24-12-2015, 15:02
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?