Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Alessandro Skarano və xanım Adele Tonniniyə təbrik məktubu göndərib.
Gundemxeber.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:
“Zati-aliləri, San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost San-Marino xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?