GUNDEMXEBER.AZ bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, repatriasiya olunmuş uşaqlardan 4 nəfəri hər iki valideynini itirdiyi məlumdur. Bu xüsusda, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və sonradan Türkiyə ərazisinə keçidinə nail olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilərək repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Oktyabrın 17-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan hökuməti xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş ölkə vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlər görməyi davam etdiriləcək
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?