Gundemxeber.az » Siyasət » Azərbaycan və Tacikistan prezidentləri geosiyasi dəyişiklikləri müzakirə edib
“Bu gün geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik”.
Bu fikirləri Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla birgə mətbuata bəyanatı zamanı deyib.
“Bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir”, - dövlət başçısı əlavə edib.
Gundemxeber.az
16-10-2014, 11:33
18-07-2018, 13:31
10-08-2018, 10:12
28-09-2018, 11:16
18-11-2019, 15:04
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?