GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident Əliyevdən ŞƏT Zirvəsində mühüm qərarlar

Prezident Əliyevdən ŞƏT Zirvəsində mühüm qərarlar

Tarix: 4-07-2024, 13:29 Bölmə :Siyasət Baxış: 152


Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq sazişi imzalandı; İlham Əliyevin Astana Zirvəsinə dəvət olunması Avropa və Asiya arasında mühüm körpü olan ölkəmizə, dövlət başçımıza böyük önəmin təzahürüdür


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfər edib.

Qeyd edək ki, zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Bu nüfuzlu təşkilatın zirvə görüşündə Prezident İlham Əliyev də iştirak edir. Azərbaycanın belə mötəbər təşkilatın sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Xatırladaq ki, dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib.

“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunacaq zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Bildirilir ki, əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.

Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycanla ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Hazırda ŞƏT-ə Qazaxıstan sədrlik edir. Prezident İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edir. Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib.

Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Ölkəmizin bu il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsini nəzərə alsaq, Azərbaycan Prezidentinin ŞƏT-in Zirvəsində iştirakı mühüm əhəmiyyət kəsb edir. Bu Zirvə Azərbaycanın COP29 ilə bağlı mesajlarının bu mötəbər platforma vasitəsilə bir daha çatdırılması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətlidir.

Azərbaycanın bu tədbirdə iştirakı eyni zamanda ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının növbəti dəfə əyani təsdiqidir.

İyulun 3-də Astanada imzalanmış “Azərbaycan İnvestisiya Holdinqi və "Samruk-Kazına" Milli Rifah Fondu" Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi"nin Prezident İlham Əliyevin və Prezident Kasım-Jomart Tokayevin iştirakı ilə mübadiləsi mərasimi olub.

Astanada Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Putinlə görüşdə Rusiya prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına və sülh gündəliyinin irəli aparılmasına daim dəstək verməyə hazır olduğunu deyib.

Bu əsnada müzakirələr aparılıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi haqqında məlumat verib.

Astanada həmçinin Prezident İlham Əliyev, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş baş tutub.

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib.

Politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycan bu gün beynəlxalq təşkilatlar tərəfindən xüsusi hörmət göstərilən ölkədir: “Ölkəmiz daha əvvəl də bir sıra təşkilatların iclaslarında üzv olmasa belə, cənab Prezidentin timsalında fəxri qonaq kimi iştirak edib. Həmçinin ölkəmiz bundan qabaq da Şanxay Əməkdaşlıq Təşkilatının iclaslarına fəal şəkildə qatılıb. Əvvəla, biz ŞƏT-lə dialoq tərəfdaşlığına malikik, həm də ŞƏT-ə üzv olan ölkələrlə həm ikilikdə, həm də müxtəlif təşkilatlar çərçivəsində aktiv əməkdaşlıq edirik. Yeri gəlmişkən, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu vurğulamışdı”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

T.İsmayılov qeyd etdi ki, ŞƏT yeni dünya iqtisadiyyatılnda mühüm əhəmiyyətə malik olacaq və burada Azərbaycan kilid nöqtələrdən birini təşkil edir: “Yəqin ki, yaxın zamanlarda ŞƏT Azərbaycana müşahidəçi statusu da verəcək. Prezident İlham Əliyevin ŞƏT-in Astana Sammitində iştirakı Azərbaycanın COP29-la bağlı mesajlarının bu mötəbər platforma vasitəsilə bir daha çatdırılması üçün yeni imkanlar yaratmış olacaq”. Ekspert məmnunluqla vurğladı ki, Azərbaycan hazırda bütün beynəlxalq təşkilatların diqqət mərkəzində olan ölkədir".

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ŞƏT genişlənməkdə olan və sıralarında Çin, Hindistan və Rusiya kimi suberdövlətləri birləşdirən regional beynəxalq təşkilatdır: “Hazırda dünyada baş verən qlobal proseslər, o cümlədən çoxqütblü dünya düzəninin formalaşma prosesi gedir. Azərbaycan artıq dünya çapında aktorlardan birinə çevrilmiş dövlət olaraq milli maraqlarımıza uyğun gələn, iqtisadi maraqlarımızla uzlaşan belə təşkilatlarla əməkdalığı genişləndirməlidir və genişləndidir də. Əslində Azərbaycan uzun illərdir ŞƏT-lə əməkdalıq edir. 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. Azərbaycan planlaşdırlan Astana zirvə toplantısından əvvəlki zirvə toplantısında təmsil olunub. Həmin Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev parlaq bir çıxış da etmişdi. Azərbaycanın ŞƏT-in bilavasitə özü ilə, həm də bu təşkilata daxil olan dövlətlərin əksəriyyəti ilə ikitərəfli əməkdaşlığı mövcuddur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinın də əsas hissəsi bu dövlətlərin ərazilərindən keçir”.

Koronavirusa yoluxan Sahib Məmmədov evə buraxılıb: "Xəstəxanlara çox ağır  xəstələr gəlir"

Sahib Məmmədov

S.Məmmədov əlavə etdi ki, bu baxımdan Azərbaycanın ŞƏT ilə əməkdaşlığını genişləndirməsi milli maraqlarımıza tam uyğundur: “Həmçinin iqtisadi maraqlarımızın təmin olunması baxımından da ŞƏT-lə əməkdalıq vacibdir. Eyni zamanda Azərbaycanın bu təşkilatla əməkdaşlığında üzv dövlətlərin özləri də maraqlıdır. Azərbaycan müstəqil siyasəti olan dövlətdir. Qərb dövlətləri ilə əməkdaşlıq etsə də, öz müstəqil iqtisadi və siyasi mövqeyi var. Bu isə çox vacib bir şərtdir. Həm də Azərbaycanın geostrateji mövqeyi ŞƏT dövlətləri üçün cəlbedicidir. Bir sözlə, istər təşkilatla əməkdaşlıq, istəsə də təşkilata daxil olan dövlətlərlə ikitərəfli əməkdaşlıq həm bizim, həm onların maraqlarına uyğun gəlir. O da istisna olunmur ki, yaxın gələcəkdə həm Azərbaycan, həm də qardaş Türkiyə bu təşkilatla əməkdaşlıqlarını yeni bir müstəviyə keçirsin”.

Həm də qürurverici haldır ki, ŞƏT qurucusu olan iki qardaş ölkə - Özbəkistan və Qazaxıstan tərəfindən Azərbaycan lideri belə mötəbər tədbirə dəvət olunub. Yeri gəlmişkən, bir neçə gündən sonra Azərbaycan özü daha bir zirvəyə ev sahibliyi edəcək - Şuşa Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərini qəbul edəcək. Türk coğrafiyası öz sözünü Avropa və Asiya arasındakı qlobal layihələrin icrasında da deyir, ŞƏT Zirvəsi də bunun sübutudur./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Astanaya getdi

    Prezident İlham Əliyev Astanaya getdi ...

    3-07-2024, 14:05

  • 
  • Prezident İlham Əliyev NATO sammitinə getdi

    Prezident İlham Əliyev NATO sammitinə getdi ...

    11-07-2018, 11:35

  • 
  • İlham Əliyev Türkiyəyə səfər edib

    İlham Əliyev Türkiyəyə səfər edib ...

    19-10-2017, 22:09

  • 
  • İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə

    İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə ...

    4-05-2020, 15:36

  • 
  • Qüdslə bağlı toplantı başladı - İlham Əliyev də iştirak edir

    Qüdslə bağlı toplantı başladı - İlham Əliyev də ...

    13-12-2017, 14:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu