GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakıda Fransanın işğalına məruz qalan Mayot adasına həsr olunan konfransda Yekun Bəyanat qəbul edilib - Yenilənib

Bakıda Fransanın işğalına məruz qalan Mayot adasına həsr olunan konfransda Yekun Bəyanat qəbul edilib - Yenilənib

Tarix: 3-09-2024, 18:01 Bölmə :Siyasət Baxış: 158

Sentyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə Bakıda "Qəmər Adaları İttifaqının Mayot Adasının Fransa Tərəfindən Qeyri-Qanuni İşğalı" mövzusunda beynəlxalq konfrans keçirilib...

Gundemxeber.az xəbər verir ki, tədbirin sonunda Yekun Bəyanat qəbul edilib.

Bəyanatda deyilir:

"Konfrans iştirakçıları olaraq tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna, mehriban və dost qonaqpərvərliyinə görə Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk.

Fransa tərəfindən qanunsuz olaraq işğal edilmiş Qəmərin Mayot adasına həsr olunmuş tədbir bütün maraqlı tərəflərə Fransa hökumətinin müstəmləkə siyasəti barədə fikir mübadiləsi aparmağa imkan verdi.

Tarixi Kontekst :

6 iyul 1975-ci ildə Qəmər Adaları müstəqilliyini elan etdi. Bundan əvvəl isə 1974-cü ildə Qəmərin müstəqilliyini qəti şəkildə dəstəkləyən bütün Qəmər Adaları ərazisində (Mayot da daxil olmaqla) referendum keçirildi.

Yeni Qəmər Dövləti 12 noyabr 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 3385 (XXX) saylı qətnaməsi ilə Anjuan, Grand Comor, Mayot və Moheli adalarından ibarət Qəmər Dövlətinin birliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin labüdlüyünü təsdiqləyən qətnamə ilə BMT-yə yekdilliklə qəbul edildi.

1974-cü ildə Qəmər xalqının ifadə etdiyi iradəyə baxmayaraq, Fransa Mayot üçün növbəti bir səsvermə keçirməkdə israr etdi və 1976-cı ildə 3385 (XXX) saylı qətnamənin əksinə olaraq bu adada qanunsuz bir referendum keçirdi. Bu məsələ Qəmər Dövlətinin başçısı tərəfindən BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırıldı və 6 fevral 1976-cı ildə Təhlükəsizlik Şurası "belə bir referendumun keçirilməsinin Qəmərin daxili işlərinə müdaxilədir" və "Fransanı Mayotda referendumdan imtina etməyə tələb edən" bir qətnamə layihəsini (S/11967) nəzərdən keçirmək üçün toplandı. Fransa qətnamə layihəsinə veto qoydu və öz müstəmləkəçi siyasətini davam etdirdi. Nəticədə Mayotun Fransa tərəfindən qeyri-qanuni işğalı baş tutdu.

Qəmər Dövlətinin Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı ilə bağlı qanuni tələblərinin əsassız sayılması üçün Fransa Hökumətinin strategiyası, digər sözlə Mayot-un məqsədyönlü şəkildə Fransızlaşdırılması :

- Mayotda şirkətlərə fransız mənşəli rəhbər heyətin təyin edilməsi;

- Yarım əsrdən çox hərəkətsizlikdən sonra rekord müddət ərzində Mayotda əsas infrastrukturun əhəmiyyətli dərəcədə inkişafı;

- Fransa qanunvericiliyinin vətəndaşlıq, din, torpaq mülkiyyəti və digər sahələrdə tətbiq edilməsi;

- Çoxşaxəli sosial fəsadlara səbəb olmuş və soyğunçuluğu tamamlamış Qəmərin Mayot adasının Fransanın Departamentinə çevrilməsi;

- Fransızların Mayota kütləvi köç etməsi. Halbuki paradoksal olaraq Mayot adasının sakinləri Reünyon və Fransaya miqrasiya etməyə təşviq edilir;

- Qəmərin Mayot adasının faktiki işğalının Qəmər Dövləti tərəfindən qəbul edilməsi üçün dözülməz təzyiqin edilməsi;

Bu baxımdan əməkdaşlıq Qəmərlərin üzərində dəyənək kimi yellənir:

• Regional əməkdaşlıq çərçivəsində Mayota nəyin bahasına olursa olsun Reünyon kimi yanaşmaq lazımdır;

• Qəmərin müstəqil bir hissəsindən gələn qəmərlilərin Mayotda immiqrant kimi qəbul edilməsi ;

• Fransanın Baş naziri Eduard Balladür tərəfindən tətbiq olunan cinayət vizasının qorunması və s.

- Bir tərəfdən Mayotun Qəmər adası olduğuna tamamilə məhəl qoymayan, digər tərəfdən isə "xalqların öz müqəddəratını təyinetmə hüququ" prinsipinin mahiyyətini dəyişən və ümumiyyətlə sərhədlərin toxunulmazlığı prinsipinə məhəl qoymayan nəşrlər (coğrafi xəritə, rəsmi gündəliklər və s.) vasitəsilə beynəlxalq kommunikasiya kampaniyasının aparılması;

- Hökumətlərarası müqavilələr imzalayaraq Mayotun fransız statusunu möhkəmləndirmək cəhdlərinin edilməsi;

- Fransanın regional qurumlarda təmsil olunmasına imkan vermək məqsədilə Mayot departamentinin nümayəndələrinin (Qəmər əsilli) Afrikadakı səfirliklərində "diplomat" statusu ilə yerləşdirilməsi: Hind Okeanı Komissiyası, SADEC, COMESA, EASF, EAC və başqaları.

Qeyd edilənlər son siyahı deyil!

Beynəlxalq ictimaiyyətin reaksiyası:

Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı Fransanın Mayotda mövcud olmasının Qəmər İttifaqının milli birliyinin, ərazi bütövlüyünün, suverenliyinin pozulması olduğunu qətiyyətlə vurğulayan çoxsaylı qətnamələrlə aydın və birmənalı şəkildə pisləyiblər.

Yuxarıda qeyd olunanlarla əlaqədar,

- Kwassa-kwassalarda dənizi keçmə nəticəsində həlak olan 30 000 nəfəri yad edirik və yaxınlarını itirmiş bütün ailələrə başsağlığı ifadə edirik. "Dünyanın ən böyük dəniz qəbiristanlığı" "Balladur cinayət vizası"nın nəticəsidir.

- Milli kimliklərini və mədəniyyətlərini qoruyaraq Fransanın Mayotda tətbiq etdiyi mədəni irsin itirilməsi siyasətinə müqavimət göstərən Mayotdakı bütün qardaş və bacılara ehtiramımızı ifadə edirik.

- Biz Qəmərin Mayot adasında "WUAMBUSHU" adlı əməliyyatın həyata keçirilməsini bir daha qətiyyətlə pisləyirik. Deportasiya edilmişlər öz ata-baba torpaqlarının sakinləridir.

- Fransanın Qəmərin Mayot adasındakı müstəmləkəçiliyini pisləyirik və bütün regional və alt-regional təşkilatları, vətənpərvər suveren-Pan-Afrika hərəkatlarını Fransanın müstəmləkə siyasətini şiddətlə qınamağa çağırırıq.

- Biz Fransa hökumətindən Qəmər İttifaqının suverenliyinə hörmət etməyi və onun ayrılmaz hissəsi olan Mayot adasını dərhal azad etməyi tələb edirik.

- Biz Birləşmiş Millətlər Təşkilatının Baş katibi, Afrika İttifaqının Prezidenti, İslam Konfransı Təşkilatının Baş katibi, Ərəb Liqasının Baş katibi, Avropa İttifaqı Komissiyasının Sədri və Qoşulmama Hərəkatının Sədrini Qəmərin Mayot adası ilə bağlı beynəlxalq konfrans təşkil etməyə çağırırıq. Fransa tərəfindən Mayotun qanunsuz işğalına son qoymaq məqsədi ilə Afrika İttifaqının 7-ci Komitənin fəaliyyətini bərpa etməyə və yuxarıda göstərilən digər təşkilatlar daxilində Qəmərin dost qruplarının yaradılmasına çağırırıq".

Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda Yekun Bəyanat qəbul edilib.

"Report" xəbər verir ki, Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən konfransda Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş səfirləri, “Maore Komitəsi”, “Üçüncü Yol Kollektivi (C3V)”, “Demokratik Cəbhə”, “Qəmər adalarının bütövlüyü və suverenliyinin müdafiəsi üzrə Kollektiv” təşkilatları işitrak edib.

Həmçinin Mayot adasının təmsilçiləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, habelə səfirlər, Beynəlxalq təşkilatların nümayəndələri, professorlar, ekspertlər, Beyin mərkəzlərinin təmsilçiləri və media nümayəndələri də olub.

Konfrans zamanı Mayotun işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələr, Fransanın bu qətnamələrə əməl etməməsi və Qəmər Adaları İttifaqının beynəlxalq səviyyədə ərazisi kimi tanınan Mayot adasını azad etməmək üçün istifadə etdiyi qeyri-qanuni fəaliyyətlər haqqında geniş fikir mübadiləsi aparılıb. Mayotun “referendum” vasitəsilə Fransaya birləşdirilməsi və qəmərlilərə vurulmuş ziyan, həmçinin Fransız müstəmləkəçiliyinin nəticələri barədə ətraflı məlumat verilib.

Qəmər Adalarının təmsilçiləri bildiriblər ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan istifadə edərək məqsədli şəkildə Mayotun işğalı məsələsini lokallaşdırıb, eləcə də işğal faktının beynəlxalq təşkilatlar səviyyəsində saxlanılmasına imkan vermir, bununla bağlı bütün təşəbbüsləri bloklayıb. 1995-ci ildən bəri Fransa BMT-də Mayotun işğalı ilə bağlı qətnamələrin qəbul olunmaması ilə bağlı digər dövlətlərə təziq göstərir, bundan əvvəl qəbul olunmuş sənədləri icra etməkdən boyun qaçırır.

Konfrans çərçivəsində flaşmod təşkil edilərək Qəmər Adaları İttifaqının ərazi bütövlüyünə tam dəstək ifadə olunub.

Tədbirin sonunda iştirakçılar tərəfindən Yekun Bəyanat qəbul edilib. Eyni zamanda Maore Komitəsi ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Qeyd edək ki, Maore Komitəsinin əsas hədəfi Mayotu Qəmər Adaları ittifaqının tərkibinə qaytarmaqdır.


Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

    Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı ...

    6-12-2023, 00:11

  • 
  • Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...

    Gəncədə də eyni bəhanələr qüvvədədir... - ...

    28-11-2020, 15:45

  • 
  • Səfir: “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır”

    Səfir: “Fransa hökuməti Qarabağın müstəqilliyini ...

    4-12-2020, 11:28

  • 
  • Bakıda “Azərbaycan Avropa məkanında” adlı konfrans keçirilir

    Bakıda “Azərbaycan Avropa məkanında” adlı ...

    29-05-2019, 11:25

  • 
  • Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi

    Şuşada fransız kolonializminə dair hesabat təqdim ...

    22-07-2024, 11:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu