GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistan, Azərbaycanı vandalizmdə günahlandırır

Ermənistan, Azərbaycanı vandalizmdə günahlandırır

Tarix: 16-12-2024, 09:52 Bölmə :Siyasət Baxış: 257

Rusiyanın Kavkazskiy Uzel saytının 5 dekabr 2024-cü il sayında Ermənistanın bir qrup İctimai təşkilatı BMT və YUNESKO-ya müraciət edərək Azərbaycan tərəfindən Qarabağda erməni mədəni irsinin dağıdılmasının dayandırılmasını və Qarabağa missiya göndərilməsini tələb ediblər. https://www.kavkaz-uzel.eu/articles/406322

Sayt xəbər verir ki, noyabrın 30-da müxtəlif ölkələrdə fəaliyyət göstərən 30-dan çox erməni ictimai-siyasi və dini təşkilatı İrəvanda bir araya gələrək, Qarabağdan olan “qaçqınların” öz vətənlərinə kollektiv şəkildə qayıtmaq hüququnu təmin etmək üçün platforma yaratmağa çağırıblar. Guya Qarabağdan çıxan 100 min 632 nəfər erməninin cəmi 20 min nəfəri iş tapa bilib, digərlərinin “vətəndaşlığı” olmadığına görə onlar Ermənistanda işlə təmin oluna bilmirlər.

Göstərilən statistikanın dezinformasiya olduğunu və reallığı əks etdirmədiyini sadə bir üsulla ayırd etmək olur. Beləki istər Ermənistanın, istərsədə Rusiyanın Dövlət Arxivinə baxsaq Qarabağ regionunda 1970-ci illərdə yaşayan erməni əhalinin sayı 25-30 mindən artıq olmayıb. Qarabağdan köçən digər 70/80 min əhali Ermənistan Hökumətinin 1988/2021 –ci illərdə Ermənistandan, Rusiyadan, Suriyadan gətirilib Qarabağ və Şərqi Zəngəzur regionlarında qeyri-qanuni məskunlaşdırdığı əhalidir. Yəni, Azərbaycan, Qarabağ regionundan çıxan əhalinin 70/80%-i üzərində heç bir məsuliyyət daşımır. O ki qaldı 25/30 min erməni əhalinin Qarabağda qalmalarına, Azərbaycan Hökuməti 2022/23-cü illərdə onların qalmaları üçün bütün şəraiti yaratdı təhlükəsizlik, sosial problemlərin həlli və s. Lakin onlar Azərbaycan vətəndaşlığından imtina edərək Qarabağı könüllü və birdəfəlik tərk etdilər. Eyni zamanda köçənlərlə ləyaqətlə davranıldı, heç birinin yükləri yoxlanmadı, nə apardıqlarına baxılmadı.

İndi Ermənistanın 62 ictimai təşkilatının BMT-nin baş katibi Antonio Quterreşə və YUNESKO-nun baş direktoru Odri Azuleyə müraciət ünvanlayaraq  Qarabağ və Şərqi Zəngəzur regionlarında erməni mədəni irsinin qəsdən məhv edilməsinin qarşısının alınması üçün Qarabağa missiya göndərilməsini, eləcə də  bu “qeyri-qanuni” hərəkətlərin (Azərbaycan tərəfinin) qarşısının alınması mexanizmlərinin yaradılmasını tələb etmələri növbəti erməni həyasızlığından başqa bir şey deyildir.

İlk öncə demək istərdim ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında (1995-2021-ci illərdə ermənilərin Azərbaycan ərazilərində tikdikləri qeyri-qanuni 15 müasir kilsədən başqa) bir ədədd də olsun ermənilərə aid mədəni irs nümunəsi yoxdur. Bu ərazilərdə olan 100-dən çox xristianlıq dövrünə aid olan mədəni-irs nümunəsinin isə nə erməni qriqoryan dininə, nə də erməni mədəniyyətinə heç bir aidiyyatı və bağlığı yoxdur. Ermənistan Azərbaycan ərazilərini işgal altında saxladıqları dövrdə, Qarabağda İslam dövrü abidələrinə etdikləri nifrət qədər də bu ərazilərdəki onlara aid olmayan xristianlıq dövrü abidələrinə nifrət edirdilər. Ermənilər Qarabağda onlara aid olmayan xristianlıq dövrü abidələrinin işğal dövrü, bir qisminin xarici görkəmini dəyişdirib erməni kilsəsi və ya monastrı adlandırır, bir qismini uçurdub dağıdır, bir qisminin içərisində isə mal-qara bəsləyirdilər. Adi bir misal:

  bu abidə ermənilərin işğal dövrü Xocavənd rayonundakı Tuğ kəndi yaxınlığında erməni dilində Anapad(bakirə qız) adlandırdıqları xristian kilsəsidir. İşğal dövrü ermənilər kilsənin içərisində heyvan saxlayırdılar.

  bu abidə isə Ağdam cümə məscidir. İslam dövrü abidəsi olan bu məscidin içərisində işğal dövrü ermənilər heyvan saxlayırdılar. Ermənilər özlərinin olmayan mədəni irs nümunələri ilə bütün dövrlərdə bu cür rəftar ediblər və edirlər istər xristianlara aid olsun istərsədə müsəlmanlara.

İndi sual olunur, ermənilər Beynəlxalq missiyaları Qarabağa gətirməklə nəyi göstərmək istəyirlər? Etnik təmizləməyə məruz qoyduqları 176 258 ailənin xaraba qalan evlərinimi? Xarici görkəmlərini dəyişdikləri 50 xristian dövrü monastr və ya kilsənimi? 300 xristianlığa qədər və xristianlıq dövrü bazilika, məbəd, sovmənin ermənilər tərəfindən dağıdılan xarabalıqlarınımı? Yoxsa islam dövrü 72 məscidin, 69 monumental heykəltəraşlıq nümunələrinin, 500 türbə və qəbrüstü abidələrin qalıqlarınımı? Nəyi göstərmək fikrindədirlər? Doğurdanda bu məndə çoxlu sual doğurur. İşğal dövrü bu və ya digər formada zərər vurduqları 749 arxeoloji abidələri? Yoxsa birinci Qarabağ Müharibəsi dövrü 23 muzey, 4 şəkil qalareyasınddan və əhalinin şəxsi mülkündən qarət edib Ermənistana daşıyıb apardıqları tarixi əhəmiyyətli 150 min eksponat və digər əşyalarımı?  

Azərbaycan ərazilərində baş verən bütün bu vandal hadisələr Ermənistan tərəfindən törədilən  hüquqa zidd əməli kimi qeyd olunmalıdır. Ermənistanın bu fəaliyyəti hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa konfransında qəbul edilmiş qərarlarla ziddiyyət təşkil edir. Odur ki, BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsini əldə əsas götürərək Ermənistana qarşı məhkəmə iddiası qaldırıla bilər.

Ermənilərin müraciətində anlaya bilmədiyim daha bir məsələ var.  Ermənistanın 62 ictimai təşkilatı, Qarabağ və Şərqi Zəngəzur regionlarında hansı erməni irsindən söhbət açırlar? Ermənilərin adlarını çəkdikləri Azərbaycan ərazilərdəki tarix və mədəniyyət abidələrinin ermənilərə məxsusluğu barədə əllərində nə kimi təsdiq edilmiş sübutlar və ya dəlillər var? Bu sübut və dəlillər barədə müraciətdə söhbət açılmır. əgər söhbət aça bilmirlərsə, iddia etdikləri mədəni irs nümunələrinin ermənilərə məxsusluğu bəlli deyil. Əgər bəlli deyilsə demək ermənilər onlara məxsus olmayam mədəni irs nümunələrini mənimsəməyə çalışırlar.  Bunun isə Beynəlxalq hüquqda adı CİNAYƏTDİR.

Ermənilər müraciətdə Azərbaycanın inzibati yaşayış məntəqələrinin adlarını dəyişilmiş formada erməni dilində vermələri hüquqi qaydada Azərbaycana qarşı ərazi iddiaları deməkdir. Bu toponim və yer adlarının Sovetlər dönəmində Ermənistanda istifadə etdikləri xəritələrdəki adlardan fərqli vermələri, Azərbaycanın toponim və yer adlarının  Ermənistan tərəfindən zorakı şəkildə dəyişdirilməsinə edilən cəhd kimi qiymətləndirilməlidir.  

 Müraciət müəllifləri Azərbaycanı II Qarabağ müharibəsi dövrü “soyqrım törətməkdə” günahlandırırlar. Lakin ermənilər müharibədən keçən son 4 il ərzində “soyqrım”a məruz qalan insanların siyahılarını mətbuata təqdim edə bilməyiblər. Doğurdan da ermənilərin dedikləri kimi soyqrım törədilmişdisə, o zaman ermənilərin və Ermənistan Hökumətinin 4 il nə səbəbdən susduqlarının sənəbi anlaşılmamazlıq yaradır. Belə çıxır ki ermənilərin etdikləri müraciətdəki “soyqrım iddiası” Azərbaycana qarşı ermənilər tərəfindən irəli sürülən növbəti iftiradır.

Müraciətdə ermənilər  Qarabağ İqtisadi rayonunun baş kəndi olan Xankəndi(Stepanakert) şəhərindəki ermənilərə məxsus bir neçə  XIX əsr binaların dağıdılması ilə bağlı heç bir fakta əsaslanmayan yalan məlumat qeyd olunub. Lakin araşdırmalarsa dünyanın heç bir arxivində, 14 may 1805-ci ildə Qarabağ xanlığının Rusiya  tərəfindən işğal edildiyi vaxta qədər, indiki  Xankəndi şəhərində bir nəfər olsun belə erməni millətindən olan insan və ya insanların yaşamaları barədə məlumat əldə etmək mümkün deyil. Xankəndi XVIII əsrin axırlarından o dövrdə müstəqil Azərbaycan Dövlətlərindən biri olan Qarabağ xanlarının ailələri  üçün istirahət mərkəzi  kimi istifadə olunub. Bu barədə həm rus və həm də gürcü arxivlərində kifayət qədər tutarlı dəlillər əldə etmək mümkündür.

Yarandığı dövrdə Xankəndi şəhərindəki 15 əsas, 7 ətraf (yardımçı) məhəllə sayılan, Mərkəzşəhər, Seyid Məhəmməd, Mahallı, Məcidli, Saatlı, Yazarlarar və Tarzənlər, Ağa məhəlləsi, Xanbağı məhəlləsi, Böyükbazar, Tacirlər (Bazarı), Yuxarı məhəllə, Aşağı məhəllə, Dağ məhəllə, Baıqar məhəlləsi, Üçyol Qurdları məhəllələri və digər 7 məhəllə arasında, heç bir erməni adına və rast gəlinmir. Statistikaya nəzər yetirdikdə 1918-1920-ci illərdə Xankəndi şəhərində yaşayan 1375 ailədən (təqribən 8 minə yaxın əhali) bir nəfərinin belə erməni millətinə aid olmadığı açıq-aşkar görünür. O zaman sual olunur, Xankəndi şəhərində XIX əsrdə “erməni mədəni-irsi” necə yaranıb? Ermənistanın bu siyasəti “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının bütün müddəaları ilə ziddiyyət təşkil edir.

Azərbaycanda müxtəlif dinlərin mövcudluğu Azərbaycan cəmiyyətinin sosial həyatına böyük müsbət təsir göstərir. Xristianlığın və İslamın mövcudluğu özünü Azərbaycanın bütün ərazilərində, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrində memarlıq abidələrinin inşaasında və inkişafında özünü bariz şəkildə göstərir.  Bu, Azərbaycanda yüz illər öncə formalaşan tolerantlıq və  multikultural ənənələrinin əyani göstəricisidir. Bu baxımdan Azərbaycan ərazilərindəki    xristian dövrü abidələrin  ermənilər tərəfindən mənimsənilməsi və dağıdılaraq yararsız hala salınması və mənimsəməyə cəhd edilməsi, ciddi narahatlıq doğurur.

Ermənistanın Azərbaycanın işğaldan azad  olunmuş ərazilərində dini abidələrin və digər  memarlıq ansambllarının dağıdılması, Qafqaz Albaniyasının xristian dövrünə aid bazilliklərin və monastırların tikinti strukturunun mənimsənilməsi erməni vandalizminin ifşası üçün çox vacib dəlillərdir. Ermənistanın bu qanunsuz əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılaraq  hüquqi qiymət verilməli və işğaldan azad olunmuş Azərbaycan ərazilərdə ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm aktları Ermənistanın cinayət əməli kimi qiymətləndirilməlidir.

Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə, rusiyanın görkəmli Qafqazşünas tarixçi alimi Yevgeni İvanoviç Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.  

 

Faiq İsmayılov

Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya institunun əməkdaşı
 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağdan reportaj: "Azərbaycan bir neçə saat ərzində erməni postlarını aldı" (VİDEO)

    Qarabağdan reportaj: "Azərbaycan bir neçə ...

    2-05-2016, 12:58

  • 
  • Kreml: "Rusiyanın KTMT-dəki öhdəlikləri Dağlıq Qarabağa aid deyil

    Kreml: "Rusiyanın KTMT-dəki öhdəlikləri ...

    7-10-2020, 15:33

  • 
  • “Azərbaycan Qarabağa görə ermənilərə 5 milyard dollar təklif edib”

    “Azərbaycan Qarabağa görə ermənilərə 5 milyard ...

    13-08-2014, 21:31

  • 
  • Paşinyan Qarabağdan getdi – Separatçılar təlimə başladı

    Paşinyan Qarabağdan getdi – Separatçılar təlimə ...

    7-11-2018, 11:53

  • 
  • Paşinyan Qarabağdan çıxmayan erməni əsgərlərdən Putinə şikayətləndi: “İtaət etmirlər”

    Paşinyan Qarabağdan çıxmayan erməni əsgərlərdən ...

    17-11-2020, 13:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (160)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu