GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan – Milyonlar Hara Gedir?

Azərbaycan – Milyonlar Hara Gedir?

Tarix: 12-01-2014, 02:11 Bölmə :Siyasət Baxış: 736
Azərbaycan – Milyonlar Hara Gedir?


24 Oktyabr 2011-ci ildə BMT-nin Baş Assambleyası Azərbaycanı növbəti iki il müddətinə qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçdi. Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü yeri uğrunda Şərqi Avropa ölkələrindən Azərbaycan, Sloveniya və Macarıstan mübarizə aparırdı. Bununla belə, hətta 16-cı turdan sonra da həmin ölkələrdən heç biri səslərin tələb olunan üçdə-iki hissəsini toplaya bilməmişdi. Qeyd etmək lazımdır ki, səsvermənin bütün mərhələlərində Azərbaycan Sloveniyadan daha çox səs toplaya bilmişdi və səslər arasındakı fərq hər turda daha da artırdı.Sloveniyanın Xarici İşlər naziri ölkəsinin namizədliyini geri götürdükdən sonra səsvermə üçün bülletenlərdə yalnız 155 ölkənin dəstəyini qazanmış Azərbaycan qaldı. Azərbaycan mətbuatına sızan informasiyalara əsasən, bu ölkə BMT-nin Təhlükəsizlik Şurasında öz yerini təmin etmək üçün 200 million ABŞ dolları xərcləməli olub ki, bu da dövlət və yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələrinin öncədən məlum olduğu Azərbaycan üçün ənənəvi haldır.

Və budur... Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı 2 illik üzvlüyünün yekunlarına nəzər salmaq vaxtı gəldi. Bu müddət ərzində Yaxın Şərq və Afrika üzrə bir sıra qətnamə və digər sənədlər qəbul edilib... Bu 2 il ərzində Azərbaycan konkret olaraq nəyə nail olub? 1news.az saytının Təhlükəsizlik Şurasındakı 2 illik üzvlüyün Dağlıq Qarabağ münaqişəsi baxımından bu ölkəyə nə qazandırdığı haqqındakı sualını cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev sualdan diplomatik tərzdə yayınaraq, münaqişələrə dair humanitar kontekstdə həyata keçirilmiş tədbirlərə toxunur və qeyd edir ki, hər dəfə mümkün olduqca Dağlıq Qarabağ probleminə bütün aspektlərdən yanaşılır.

Hələ 2008-ci ildə Baş Assambleya tərəfindən böyük ehtimalla bəzi ölkələrin nümayəndə heyətlərinin rüşvət nəticəsində ələ alınması ilə tək Avropa Birliyi ölkələri deyil, eləcə də BMT-nin əksər üzvlərinin və Minsk qrupuna üzv dövlətlərində dəstəkləmədiyi Təhlükəsizlik Şurasının üç daimi üzvünün əleyhinə səs verdiyi “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı 62/243 saylı bəyannamə qəbul edilmişdir. Hələ o zaman bu, danışıqların getdiyi Madrid prinsiplərinə zidd olaraq, öz ssenarisi ilə məsələni istənilən yolla həll etməyə çalışan ölkə üçün dərs olmalı idi. BMT Baş Assambleyasının gündəliyinə 34 və 68-ci bəndlər olaraq “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM ölkələrindəki həlli uzanan münaqişələr, onların beynəlxalq aləmə təsiri, təhlükəsizlik və inkişaf” adlı qətnamələr daxil edilmişdi. Çünki, həmin qətnamələr BMT Baş Assambleyasının öncəki sessiyası zamanı müzakirəyə çıxarılmamışdı. Lakin, elə 16 dekabrda da digər illərdə olduğu kimi bu qətnamələr üzrə dinləmələr təxirə salındı.

2011-ci ilin nəticələrini təhlil edərkən Prezident Administrasiyası İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi sürətlə inkişaf edən iqtisadiyyata və beynəlxalq nüfuza malik olan demokratik ölkənin bu quruma üzv seçilməsi dövlətin tarixində ən əlamətdar hadisə hesab olunur. O, həmçinin qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qısa müddət ərzində vacib iqtisadi və sosial proqramlar həyata keçirilmiş, əhalinin rifahının yüksəlməsi yolunda mühüm nəticələr əldə edilmişdir... Bəs ölkə daxilində gedən proseslərin ümumi vəziyyəti əslində necədir? Vergi ödəyicilərindən yığılan vəsait özünü beynəlxalq arenada işlərin aparılmasında yetərincə doğruldubmu?

Hər şey nədən başladı? SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda hazırki vəziyyəti və qüvvələr nisbətini müəyyən edən əsas hadisə kimi 1994-cü ildə Azərbaycanın beynəlxalq konsorsiumla imzaladığı və Azərbaycanın dənizdəki ən iri neft yataqlarının işlənməsini nəzərdə tutan “Əsrin müqaviləsini” göstərmək olar. Neftin nəql olunması üçün Bakı-Tiflis-Ceyhan neft kəməri çəkildi ki, bu kəmərin də əsasında heç də iqtisadi əsaslandırmalar dayanmırdı. Həmçinin Azərbaycanın Şah-Dəniz qaz yatağından çıxarılan qazın Gürcüstan üzərindən Türkiyənin Ərzurum limanına nəql olunduğu Bakı-Tiflis-Ərzurum qaz kəməri də mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, bu il dekabrın 17-də Bakıda “Şah-Dəniz-2” qaz yatağının öyrənilməsini nəzərdə tutan yekun investisiya sazişi də imzalandı. Beynəlxalq konsorsiumun bu müqaviləsi Avropanı yeni qaz nəqli mənbəyi ilə tanış edəcək və bunun nəticəsində də gələcəkdə onun Rusiyadan asılılığına son qoyulacaq. Hadisələrin bu məcrada inkişafını nəzərə alaraq demək olar ki, Azərbaycanın tərəqqisinin perspektivləri neftlə qazın dünya bazarlarındakı qiymətlərindən asılıdır. Enerji ehtiyatlarından yüksək gəlir əldə edən bir ölkə onları necə xərcləyir?

Məlum olduğu kimi, Azərbaycan “bolluq paradoksu”-ndan (bolluq paradoksu təbii ehtiyatlarla bol olan ölkənin inkişafının bərabər getməməsi və investisiyaların yalnız bir sahəyə, bu durumda enerji ehtiyatlarının çıxarılması və nəqlinə cəlb edilməsi) əziyyət çəkir. Bu vəziyyət həmçinin korrupsiyanın inkişaf etməsi və dövlət idarəçiliyində yol verilmiş səhvlər nəticəsində də yaranır. 2011-ci ildə ərəb dünyasındakı məlum hadisələrdən sonra İlham Əliyev sonradan elə kağız üzərindəcə qalan antikorrupsiya təşəbbüsü ilə çıxış edir. Əgər Heydər Əliyevin dövründə enerji resurslarının satışından əldə olunan vəsait Azərbaycanın müstəqilliyinin konsolidasiyasına xidmət edirdisə, İlham Əliyevin vaxtında isə bu gəlir onun müəyyən sayda insandan ibarət olan məhdud dairənin arasında bölünməsi məqsədinə yönəlir. Əgər əhali sosial ədalət və korrupsiya ilə mübarizə prinsipləri ətrafında birləşərsə, yaranmış bu vəziyyət problematik ola bilər. Çox da uzaq olmayan keçmişdə patriarxal ailəyə xəbərləri ailə başçıları gətirirdisə, indi gənclər informasiyanı internetdən alaraq hökumətin nəzarət edə bilmədiyi üçün öz ailələrinə ötürür.

Azərbaycan Beynəlxalq Bankın saytında yer almış icmalda maliyyələşməyə ehtiyac duyulan çoxsaylı sahələr göstərilib - infrastruktur (regionlardan paytaxta getmək üçün nəqliyyatın olmaması), təhsil, kənd təsərrüfatı (bu gün ümumdaxili məhsulun yalnız 7% təşkil edir); biznesin inkişafı üçün əlverişli mühitin olması xüsusilə vurğulanır; həmçinin, mərkəz-periferiya problemi. Ölkə hakimiyyəti KİV-lərə nəzarət edir və bununla əlaqədar olaraq müxalifətin öz proqramlarını seçicilərə çatdırmaq imkanı yoxdur. Seçicilərin “kimi seçmək şansı” olsa da, onlar seçki prosesinə etibar etmir. Lakin, hakimiyyəti həyata keçirmək üçün İ.Əliyevin "legitimlik mənbəyinə" ehtiyacı var. Chatham Housenin keçirdiyi görüşün brifinqindən oxuyuruq ki, Azərbaycanın 9,5 milyon əhalisinə yalnız 800 hüquqşünas düşür və siyasi motivli işlərdə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etməyə razılaşan çox az sayda vəkil var.

Hakimiyyət dissidentliyi sevmir, rejimi və ya insan hüquqları sahəsindəki vəziyyəti tənqid edən ölkələri iblisləşdirir. “Sərhədsiz Reportyorlar” Müstəqil Beynəlxalq Hüquq Təşkilatı tərəfindən dərc edilmiş 2013-cü ildə mətbuat azadlığı sahəsindəki reytinq cədvəlində Azərbaycan qiymətləndirilən 179 ölkə arasında 156-cı yeri tutur (müqayisə üçün Ermənistan 74-cü, Gürcüstan isə 100-cü yerlərdədir). Human Rights Watch-ın məqaləsində müəllif yazır ki, xəbərlərdə İlham Əliyevə jurnalistlərin dostu mükafatının verilməsi haqqında xəbəri eşidən kimi; “Bu gün Aprelin 1 deyil ki?” – deyə, cəld təqvimə baxıb. Təkcə bu il Human Rights Watch tənqidi və araşdırma fəaliyyətlərinə görə 7 jurnalistin həbs olunduğunu qeydə alıb. Amnesty International-ın məqaləsində isə deyilir ki, vətəndaş haqları fəallarının yeni həbsləri ilə dissidentlərin məruz qaldığı təqiblərin dəqiq sayı və sürətini izləmək daha da çətinləşir. Freedom House tərəfindən açıqlanmış 2013-cü il üzrə siyasi və vətəndaş azadlıqları xəritəsində Azərbaycan azad olmayan ölkə kimi göstərilib. Bundan əlavə, seçkilər Avropa standartlarına və demokratik normalara ziddir. Avropa Şurası Parlament Assambleyası Daimi Komitəsinin 23 Noyabrda Vyanada keçirilən iclasında Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabat təsdiq olunub ki, burada da Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyətdən narahatlıq öz əksini tapıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun daimi müşahidəçiləri 9 Oktyabrda Azərbaycanda keçirilən prezident seçkilərində ciddi qanun pozuntuları qeydə alıb.

Milli azlıqlarla bağlı vəziyyət necədir? Hakimiyyət onların dəqiq sayı ilə bağlı susur. Belə bir təəssürat da yarana bilər ki, onlar ümumiyyətlə mövcud deyil, lakin, müasir Azərbaycanın ərazisində avar, saxor, udin, talış, inqiloy, ləzgi və digər ləzgi xalqlarının mövcudluğu faktı hamıya məlumdur. Min illər boyu onlar sürgünə məruz qalıb ki, bu da “tolerant Azərbaycan” haqqındakı bəyanatların hamısını alt-üst edir. Bu gün Azərbaycan hökumət tərəfindən təkcə kommersiya deyil, həm də “siyasi cəhətdən” xarakterizə edilən bir sıra layihələrə cəlb olunub. Buna baxmayaraq, ölkədə baş vermiş insan haqlarının pozulması və özbaşınalıq faktlarına Qərbin tolerantlığı burada zəngin enerji resurslarının mövcud olması ilə əsaslandırılır. Yeri gəlmişkən, Azərbaycan dəfələrlə Qərbin bu ölkəni Mərkəzi Asiyanın ziynətilə dolu şüşənin “tıxacı” kimi görməsindən və başqa sahələrə investisiya yatırmamasından öz narahatlığını bildirib.

Əhalini “xarici düşmənə” qarşı konsolidasiya etmək hələ ki, İlham Əliyevə müvəffəq olur. İctimaiyyət Dağlıq Qarabağ münaqişəsi haqda yetərincə məlumatlandırılmayıb. Bu məsələ ilə bağlı müzakirələrin və alternativ baxışların olmamasından yalnız təktərəfli baxış hökmranlıq edərək kompromissin olmasına mane olur və münaqişənin tənzimlənməsi prosesində uğur əldə etməyi çətinləşdirir. Ölkədə bu qədər problemin mövcud olduğu bir şəraitdə gəlirləri maliyyələşməyə daha çox ehtiyac duyulan sahələrə yönəltmək, təhsilin və əhali rifahının səviyyəsini artırmaq, paytaxtdan kənar bölgələrin inkişafına diqqət yetirmək, insan hüquqlarına digər azadlıqlara əməl edilməsini təmin etmək, ədalətli seçki keçirmək, KİV-lərə azadlıq vermək, gəlirləri (ikinci-üçüncü klanlardan əhaliyə vermək) bölüşdürmək və korrupsiya ilə mübarizə aparmaq daha yaxşı olmazdımı? “Nüfuz” qazanmaq və beynəlxalq strukturlara üzv olmaq üçün milyonlarla dollar xərcləməkdənsə, hökumətin üzərində düşünməli olduğu əsas məsələlər bunlardır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

    Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti ...

    23-07-2016, 21:12

  • 
  • Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdir? - SİYAHI

    Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ...

    20-10-2015, 14:59

  • 
  • Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb

    Şirvanda baş vermiş partlayış nəticəsində iki ...

    26-07-2016, 22:53

  • 
  • Fələstin ilk dəfə BMT-də səs verdi

    Fələstin ilk dəfə BMT-də səs verdi ...

    19-11-2013, 04:43

  • 
  • “Biz böyük qurbanlar verməli idik”

    “Biz böyük qurbanlar verməli idik” ...

    29-04-2014, 10:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu