Türkiyənin futbol üzrə milli yığmasının ulduz futbolçularından olan Arda Turan gündəmdən düşmək bilmir. "Atketiko Madird" klubunda top qovan ulduz futbolçu Arda Turan komanda yoldaşı, brazilyalı Filip Luisə Quran öyrətməyə başlaıyb. Bundan bir müddət əvvəl Arda ilə çox yaxın dost olduğunu və əksər hallarda birlikdə vaxt keçirdiklərini bildirən Filip, türkcə öyrənməyə çalışdığını açıqlayaraq, "'Salamın Aleykum" şəklindəki sözlərini videoya yazıb, sosial şəbəkədə paylaşmışdı. "Mən Ardaya portuqalca, o isə mənə türkcə öyrədir. Arda eyni zamanda mənə Quran haqqında da öyrədir. Bu xoşuma gəlir, çox şey öyrənirəm. Arda kimi böyük bir ürəyi olan, insaniyyətini heç vaxt itirməyən bir yoldaşım olduğu üçün fəxr edirəm. Komandadakı ən yaxın yoldaşım, mükəmməl bir insandır." - deyə Arda Turan haqqında verdiyi reportajda Filip Luis bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?