“Atletiko Madrid”in hücumçusu David Vilya yay mövsümündə komandanı tərk edəcək. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin oyunçusu karyerasını “Nyu-York Siti”də davam etdirəcək. Amerikalılar Vilyaya 3 illik müqavilə təklif ediblər. Hələlik müqavilənin məbləği sirr olaraq saxlanılır. Qeyd edək ki, Vilya hazırda “Atletiko”da ildə 5 milyon dollar alır. İddiaya görə, “Nyu-York Siti”də Vilya keçmiş həmklubu Xavi ilə bir yerdə oynaya bilər. Xavi gələcəyi ilə bağlı dünya çempionatından sonra qərar qəbul edəcək.
Sorğu
Yeni dizaynımız necədir?