Futbol üzrə Argentina yığma komandasının baş məşqçisi Alexandro Sabelya postundan istefa verib.
Baş məşqçi bu barədə Argentinada keçirilən mətbuat konfransında bildirib.
59 yaşlı məşqçi artıq ayrılmaq vaxtının gəldiyini bildirib: "Argentina milli komandasının bir parçası olmaq qürurverici idi. Komandanın başında olarkən inanmalısınız və bu inanclar istiqamətində hədəf qoymalısınız. Mən də daim ən yaxşısını bacarmaq istədim və həmişə komanda haqqında düşündüm", - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, Sabelya Argentina yığmasında 2011-ci ildən çalışırdı.
Argentina Dünya Kubokunun finalında Almaniyaya məğlub olub olaraq turnirdə ikinci yeri tutub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?