"Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özil qışda komandasını dəyişə bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, türk əsilli futbolçunun yanvar ayında "Bavariya"ya transfer olunacağı iddia olunur.
Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola təcrübəli futbolçunu komandasında görmək istəyir. Almaniya millisinin üzvünün Londonda xoşbəxt olmadığı və "Arsenal"dan ayrılmaq istədiyi bildirilir. "Topçular"ın baş məşqçisi Arsen Vengerin qışda Madrid "Real"ından Sami Xediranı transfer etmək istəməsi də Özili narazı salıb. Tərəflər maliyyə məsələsində razılığa gələrsə, 25 yaşlı futbolçu yanvar ayından Bundesliqada oynayacaq.
Qeyd edək ki, 42,5 milyon funt-sterlinqə "Real"dan transfer olunan Özil ötən həftə dizindən zədələndiyi üçün 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?