Braziliyanın idman naziri Aldo Rebelo sabah - noyabrın 4-də Azərbaycana rəsmi səfərə gəlir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən virtualaz.org saytına verilən xəbərə görə, braziliyalı nazir noyabrın 5-də azərbaycanlı həmkarı Azad Rəhimovla görüşəcək.
Braziliya mətbuatının verdiyi məlumata görə, A.Rebelonun Bakıya səfərində məqsəd iki ölkə arasında idman sahəsində əməkdaşlıq barədə saziş imzalamaqdır. Tərəflər irimiqyaslı idman tədbirlərinin həyata keçirilməsi sahəsində fikir mübadiləsi aparmağı da planlaşdırırlar.
Bundan əlavə, Braziliya-Azərbaycan danışıqlarında Azərbaycan futbolunun qarşılaşdığı problemlər, onun inkişaf yolları da müzakirə olunacaq. Braziliyalılar bu sahədəki bilik və təcrübələrini Azərbaycan tərəf öyrədəcəklər. Azərbaycan tərəfi isə Braziliyaya bu ölkədə yunan-Roma güləşini inkişaf etdirilməsi barədə məsləhətlərini verəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?