ÇL-in qrup mərhələsinin V turunun APOEL - "Barselona" matçı qonaqların hücumçusu Lionel Messi üçün əlamətdar olub. Argentinalı superulduz matçın 38-ci dəqiqəsində komandasının ikinci qolunu vurub. Bu, Messinin ÇL-də vurduğu 72-ci qolu olub. Bununla da cənubi amerikalı ÇL tarixinin ən çox qol vuran futbolçusu olub. Messi bu siyahıda aktivində 71 qol olan Madrid "Real"ının sabiq forvardı Raul Qonzalesi geridə qoyub. "Real"ın digər üzvü Kriştiano Ronaldo ÇL-də 70 dəfə fərqlənib. Sabah V turda "Bazel"lə matçda portuqaliyalı Messiya çatmağa çalışacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?