Bu gün birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışların nəticələrinə görə Azərbaycan öz uğurlu mövqeyini qoruyur
Azərbaycan qazanılan medallara görə, siyahıda Rusiyadan sonra ikinci yerdədir.
Belə ki, Azərbaycan idmançıları qazanılan qızıl medalların sayına görə reytinq cədvəlində Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Kişi idmançılar arasında olan reytinq cədvəlində də 1-ci yerdə Rusiya, 2-ci yerdə Azərbaycandır. Qadın idmançıların reytinq cədvəlində isə komandamız Rusiya, Fransa, İsveçrədən sonra 4-cü yerdədir.
Ümumilikdə, Azərbaycan birinci Avropa Oyunlarında 7 qızıl, 2 gümüş və 7 bürünc medal əldə edib. Rusiya idmançıları isə 9 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıb. Ölkəmiz medal sayına görə siyahıya liderlik edir.
Hansı ölkənin nə qədər medal qazandığı və neçənci yerdə olduğunu aşağıdakı cədvəldə görə bilərsiniz.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?