Heyətinin zəifləməsinə baxmayaraq Premyer Liqada iddiasını davam etdirən “İnter” doğma azarkeşləri önündə “Kəpəzi” qəbul edib.
ANS TV-nin məlumatına görə, oyun qonaqların hücumları ilə başlayıb. Gəncə təmsilçisi artıq matçın 12-ci dəqiqəsində hesabı aça bilərdi. Juniyor Martins zərbəsində azca dəqiqlik çatmayıb. Kəpəzli futbolçular 6 dəqiqə sonra Bəxtiyar Soltanovun timsalında növbəti dəfə meydan sahiblərinə həyacanlı anlar yaşadıblar.
Hücumçu Lomaya ilə təkbətək dueldən məğlub ayrılıb. Futbolun yazılmayan qanunu “vurmayana vurarlar” prinsipi ikinci hissədə işə düşüb. Meydan sahiblərinin hücumçusu Dieqo Martens uzaq küncü dəqiq nişan alıb.
“Kəpəz” 76-ci dəqiqədə Federik Junyorla hesaba tarazlıq gətirə bilərdi. Bu epizodda Lomaya sayıqlığı əldən verməyib. 85-ci dəqiqədə matçın qəhrəmanı Martensin komandasını meydanda azlıqda qoyması da kəpəzli futbolçuların dadına çatmayıb.
Beləliklə hesabındakı xalların sayını 13-ə yüksəldən “İnter” cari mövsüm Premyer Liqada 4-cü qələbəsini qazanıb.
Bu mövsüm qələbənin nə olduğunu bilməyən Rəvan isə doğma azarkeşləri önündə "Qəbələ" ilə qarşılaşıb. Bakılılar rəqibin təzyiqi qarşısında 37 dəqiqə tab gətirə bilib. Matçın ən yaxşılarından olan Samir Zərgərovun sağ cinah ötürməsindən sonra Dodo hesabı oyunda vurulan ilk qola müəlliflik edib. 58-ci dəqiqədə isə Zərgərov özü adını tabloya yazdırıb. 20 dəqiqə sonra meydan sahibləri üçüncü dəfə topu mərkəzdən başlamağa məcbur olub. Qapı qarşısında yaranan qarışılıqdan Aleksey Qay məharətlə yararlanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?