Fransa polisi futbol üzrə ölkə yığmasının keçmiş hücumçusu Cibrilya Sisseni həbs edib.
APA-nın "Le Figaro" nəşrinə istinadən verdiyi xəbərə görə, o, hazırda Fransanın "Lion" komandasının şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.
C.Sisse ilə yanaşı, adları açıqlanmayan daha 3 nəfər həbs edilib. Onlar Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilirlər.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, şantaj məsələsində C.Sissenin rolu az olduğuna görə bu yaxınlarda o sərbəst buraxılacaq.
Xatırladaq ki, M.Valbuena C.Sisse ilə birlikdə 2006-2009-cu illərdə Fransanın "Marsel" komandasının şərəfini qoruyub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?