""İnter"in hələ də mənə borcu var. Bu pulu verəcəklərini gözləyirəm".
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, bunu Bakı "İnter"inin gürcüstanlı müdafiəçisi Laşa Salukvadze deyib.
Müsahibə verən 34 yaşlı futbolçu "İnter"dəki problemlərdən də söz açıb.
O, hətta "bankirlər"i keçmiş klubu "Volqa" ilə də müqayisə edib: "Keçmiş klubum "Volqa"da üzləşdiyim hadisə Azərbaycanda da başıma gələ bilər. Çünki "İnter"də də ciddi maliyyə problemi var. Komandanın böhranda olmasını başa düşürəm. Bir az səbr etmək lazımdır. Düşünürəm ki, burada problem müvəqqətidir, "Volqa"dakı kimi deyil. Bir neçə futbolçuya artıq pulları verilib. Lakin mənə olan borclarını hələ ödəməyiblər".
Qeyd edək ki, Rusiyada "Rubin", "Volqa" kimi klubların formasını geyinmiş Gürcüstan yığmasının futbolçusu 2013-cü ildən "İnter"də çıxış edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?