Formula 1-in keçmiş pilotu Hans-Yoahim Ştuk bildirib ki, Formula 1-də mühərriklər üzərində işləmək, aerodinamika üzərində işləri isə tamamilə dondurmaq lazımdır.
Trend "F-1.az" saytına istinadən məlumat verir ki, bir neçə gün əvvəl daha bir keçmiş Formula 1 pilotu Bruno Senna da eyni fikirləri söyləmişdi.
H.Ştuk deyib ki, müasir yarış seriyaları, xüsusən də Formulaların bir problemi var - aerodinamika: "Müasir Formulada aerodinamika çox böyük rol oynayır. Bolidin bir dövrəni 2 və ya 3 saniyəyə keçməsi tamaşaçı üçün önəmli deyil. Buna görə də Formula 1 aerodinamikanın inkişafından imtina etməlidir".
Onun sözlərinə görə, aerodinamikanın inkişafını dondurmaqla, Formula 1 böyük məbləğə qənaət etmiş olar: "Sadə aerodinamikası olan bolidləri idarə etmək daha çətindir. Yarışlar daha maraqlı keçər və Formula 1 bütün problemlərini həll etmiş olar".
Sorğu
Yeni dizaynımız necədir?