Yayda "Mançester Siti"nin baş məşqçisi vəzifəsinə keçəcək Xosep Qvardiola sərəncamında görmək istədiyi ilk 2 yeni futbolçunun adını rəhbərliyə təqdim edib.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, ispan çalışdırıcı sabiq komandası "Barselona"nın oyunçularını "qaralayıb".
Belə ki, Qvardiola "şəhərlilər"dən Serxio Buskets və Neymarın alınmasını tələb edib. Bundan sonra hərəkətə keçən "Mançester Siti" rəhbərliyi qarşı tərəflə danışıqlara başlayıb.
İngilislər iki futbolçunun transferinə ümumilikdə 150 milyon funt-sterlinq xərcləməyə hazırdılar. Hələlik "Barselona" rəhbərliyi bu təklifə cavab verməyib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Buskets 2008-ci ildən əsas komandanın formasını geyinir. Neymar isə 2013-cü ildən Kataloniya klubunun uğurları üçün çalışır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?