Azərbaycan milli komandası bu gün, martın 21-dən Antalyada növbəti təlim-məşq toplanışına başlayır. gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, hazırlıq mərhələsi martın 27-dək davam edəcək. Artıq millimiz bu gün Türkiyəyə yola düşüb. Toplanış çərçivəsində martın 26-da Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoxlama oyunu keçiriləcək.
Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçki toplanışa 25 futbolçu dəvət edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?