Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, A və B qrupunun komandaları I turun oyununa çıxıblar.
A qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Portuqaliya ilə qarşılaşıb. Oyun 0:5 hesabı ilə Portuqaliya yığmasının qələbəsi ilə nəticələnib.
U-17-lər arasında AÇ-2016-nın final mərhələsi Qrup mərhələsi, I tur
A qrupu
Azərbaycan – Portuqaliya - 0:5 Qollar: Joze Qomes, 4, 16, Elçin Əsədov, 24 (öz qapısına), Migel, 44, Fernandes, 76 Hakimlər: Bartoş Frankovski (Polşa), Balaj Buzas (Macarıstan), Vasili Ermişin (Moldova), Sergeyus Sliva (Litva) Bakı Olimpiya Stadionu
Azərbaycan: 1. Məmməd Hüseynov, 2. Hüseyn Seyliğli, 3. Riyat Qarayev, 5. Elçin Əsədov (k), 6. İbrahim Qədirzadə, 7. Fərid Nəbiyev, 8. Metin Güler, 9. Doğukan Öksüz, 14. İsmayıl Karakaş, 15. Ceyhun Muxtarlı, 17. Barış Ekincier Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 4. Yusif Həsənov, 10. Pilağa Mehdiyev, 11. Nadir Qasımov, 16. Murad Mahmudov, 18. Süleyman Əhmədov, 19. Ege Atlam
Belçika – Şotlandiya - 2:0 Qol: Korrin, 45, Openda, 60 Hakimlər: Peter Kraloviç (Slovakiya), Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan), Orxan Məmmədov (Azərbaycan) 8-ci km qəsəbə stadionu
B qrupu
Ukrayna – Almaniya - 2:2 Qollar: Denis Yanakov, 33; Sergey Buletsa, 67 - Yari Otto, 37; Frankis Şirek, 74 Hakimlər: Qunnar Yarl Yonsson (İslandiya), Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları), Əliyar Ağayev (Azərbaycan) 8-ci km qəsəbə stadionu
Avstriya – Bosniya və Herseqovina - 2:0 Qollar: Kristof Baumqartner, 18, 36 Hakimlər: Petr Ardeleanu (Çexiya), Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr), Alen Duro (Lüksemburq) Bakı Olimpiya Stadionu
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?