FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, hesabında 252 xal olan Azərbaycan yığması 138-ci yerdə qərarlaşıb.
Robert Prosineçkinin yetirmələri ötən ayla müqayisədə 5 pillə geriləyiblər. Buna səbəb komandamızın 17 xal itkisidir.
Belə ki, yığmamız mayda açıqlanan reytinq cədvəlində 269 xalla 133-cü yerdə idi.
Geriləmənin səbəbi millimizin Avstriyada keçirilən təlim-məşq toplanışındakı uğursuz nəticələridir. Mayın 26-da qarşılaşdığı Andorra kimi zəif rəqibə qalib gələ bilməyən (0:0) yığmamız 3 gün sonra Makedoniyaya uduzub - 1:3.
Millimizin sabah görüşəcəyi Kanada isə 363 xalla 93-cüdür. Şimali amerikalılar ötən ay 95-ci pillədə qərarlaşmışdı.
Qeyd edək ki, siyahıya Argentina yığması başçılıq edir - 1503 xal.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?