"Real"ın yarımmüdafiəçisi Qaret Beyl yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki "Mançester Yunayted" klubu uelsli futbolçunun xidmətində maraqlıdır.
Belyin də Premyer Liqaya qayıtmaq istədiyini düşünən İngiltərə nəhənginin baş məşqçisi Joze Mourinyo futbolçunun transferində hər hansı problemin yaşanacağına inanmır.
Üstəlik, "Mançester Yunayted" rəhbərliyi yay transfer pəncərəsi üçün Mourinyoya 250 milyon avro ayırıb ki, portuqaliyalı mütəxəssis də bunun 120 milyon avrosunu Beylin keçidinə xərcləməyə hazırdır. 26 yaşlı futbolçu isə daha öncə verdiyi açıqlamasında klubunu dəyişmək niyyətində olmadığını bildirib.
Qeyd edək ki, 2007-2013-cü illərdə "Tottenhem"in şərəfini qoruyan Beyl keçirdiyi 146 oyunda 42 qol vurub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?