Albaniya çempionu "Skenderbeu" Çempionlar Liqasında iştirak hüququndan məhrum olunub.
Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, klub danışılmış oyunlarda iştirakına görə qurum tərəfindən 1 mövsüm Avrokuboklardan diskvalifikasiya olunub. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində mübarizə aparan klubun "Lokomotiv", "Crusaders", "Dinamo" və "Sporting"lə oyunlarda idman etikasından kənara çıxdığı önə sürülmüşdü. "Skenderbeu" bununla razılaşmayıb və apellyasiya müraciəti təqdim edib. Lakin UEFA-nın qərarı qüvvədə saxlanılıb. Beləliklə, ÇL-da Albaniyanı vitse-çempion "Partizani" təmsil edəcək.
Qeyd edək ki, "Skenderbeu" Azərbaycan azarkeşlərinə də yaxşı tanışdır. 2013-cü ildə onlar UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırmışdı. Bir neçə gün öncə "Qarabağ" Avstriya toplanışında "Skenderbeu"ya minimal hesabla uduzmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?