UEFA Uels Futbol Federasiyasına (FAW) xəbərdarlıq edib.
Goal.az "BBC Sport"a istinadən xəbər verir ki, qurum Uels futbolçularının övladlarını meydana çıxarmasına görə federasiyanı hədəfə alıb. AVRO-2016-nın 1/8 final mərhələsində Şimali İrlandiya üzərindəki qələbədən (1:0) sonra Uelsin lideri Qaret Beyl öz qızı ilə meydana çıxmışdı.
1/4 final matçından sonra isə buna digər futbolçular da qoşulmuşdu. UEFA nümayəndəsi bu barədə deyib: "Nəzarət, etika və intizam komitəsi bu işə baxdı və Uels Futbol Assosasiyasına xəbərdarlıq etdi".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?