Madrid "Real"ının ulduz futbolçusu Kriştianu Ronaldunun "Chapecoense" klubuna və həyatını itirənlərin ailəsinə 3 milyon avro verəcəyi iddia olunur.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, Braziliyanın "Chapecoense" klubunun Kolumbiyada keçirdiyi təyyarə qəzasının ardından portuqal futbolçunun bu addımı atacağı bildirilib.
Xatırladaq ki, "Chapecoense" klubunu Kolumbiyaya aparan avialayner Medelyin Beynəlxalq Hava Limanına eniş edərkən, 150-200 metr hündürlükdə qəzaya uğramışdı. Təyyarədə olan 81 nəfərdən 5-i xilas edilib, Xisal olunanlardan isə 3-ü futbolçu, 1-i stüardessa, 1-i isə jurnalist olub. Futbolçulardan biri xəstəxanada dünyasını dəyişib.
Rəsmi məlumata görə, 77 nəfər həlak olub. Vaxtı ilə "Xəzər Lənkəran"da oynamış Tieqo de Jezuş və "İnter"in sabiq üzvü Filipe Maçado dünyasını dəyişib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?