Türkiyənin "Qaziantespor" klubu ilə razılaşan rumıniyalı məşqçi Marius Şumidiça qərarını dəyişib.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, Rumıniyanın "Astra" klubundan ayrılan Şumidiça Türkiyəyə getmək fikrindən daşınıb.
Bu barədə 45 yaşlı mütəxəssis özü Rumıniya mətbuatına açıqlama verib. O, dekabrın 10-da İstanbulda baş verən terror aktına görə qərarını dəyişdiyini deyib.
Qeyd edək ki, Şumidiça "Qaziantepspor"un sərfəli təklifinə görə "Astra"dan ayrılıb, Türkiyəyə getməyə hazırlaşırdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?