"Çelsi"nin yarımmüdafiəçisi Oskar klubla yollarını ayırıb.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu Çinə köçüb.
Onun bu ölkədə çıxış edən "Şanxay SİPG" klubuna keçidi artıq rəsmiləşib. Bu transfer "zadəganlar"a 70,5 milyon avro qazandıracaq. Oskar bununla "Çelsi"nin ən baha qiymətə satdığı futbolçu ünvanını ələ keçirib. 25 yaşlı oyunçu yeni komandasında "Çelsi"də qazandığı həftəlik 105 min avronun 4 qatını alacaq. Yəni Oskarın illik məvacibi 22 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Andre Villaş-Boaşın çalışdırdığı "Şanxay SİPG"nin digər braziliyalı ulduz futbolçusu hücumçu Halkdı.
Sorğu
Yeni dizaynımız necədir?