"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya kubokunun 1/8 final mərhələsinin "Sevilya"ya qarşı ilk oyununda Kriştianu Ronalduya istirahət vermək fikrindədir.
gundemxeber.az-ın qol.az-a istinadən xəbərinə görə, bu haqda "Marca" qəzeti yazıb. Zidan komandasının liderinin son vaxtlar ayaq əzələsində tez-tez yaranan problemlər səbəbindən bu addımı atmaq fikrindədir.
Qeyd edək ki, ilk görüş yanvarın 4-ü, cavab matçın yanvarın 11-də keçiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?