Antalyada taekvondo üzrə G2 kateqoriyalı "Turkish Open" beynəlxalq turniri davam edir.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, yarışın 3-cü günü böyüklərin mübarizəsinə start verilib.
Yeniyetmə və gənclərin duelində 7 (1-3-3) medal qazanan Azərbaycan millisi mükafatlarının sırasına daha ikisini əlavə edib. Belə ki, Reza Mehmandostun yetirmələrindən Mikayıl Əliyev (54 kq) yarışın bürünc medalına yiyələnib.
68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Sina Bəhrami isə rəqib tanımayıb. Bütün görüşlərini qələbə ilə bitirən təmsilçimiz "Turkish Open"in qalibi adına yiyələnib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?