Azərbaycan milli komandasının Qətər yığması ilə oyununu izləmək üçün Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionuna gələn soydaşlarımız xoşagəlməz halla üzləşib.
gundemxeber.az report.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçuları dəstəkləmək istəyən azarkeşlər stadiona buraxılmayıblar.
Səbəb kimi oyunun ictimaiyyətə tam qapalı olaraq keçirilməsi bildirilib.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş Azərbaycan milli komandasının 2017-ci ildə keçirdiyi ilk oyundur.
Sorğu
Yeni dizaynımız necədir?