Türkiyə Superliqasında 24-cü turun daha 3 oyunu keçirilib.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, lider "Beşiktaş" öz meydanında "Kayserispor"u qəbul edib. İlk yarıda qapılara qol vurulmasa da, fasilədən sonra komandalar hərəyə 2 dəfə fərqləniblər. Aboubakarın dublu sayəsində "Qara qartal" yenilgidən xilas olub.
Liderin ən yaxın izləyicisi "Başakşehir" növbəti qələbəsini qazanıb. Səfərdə "Konyaspor"un qonağı olan "Başakşehir" 3 xalı 3 qolla əldə edib.
"Antalyaspor" da turu qələbə ilə başa vurub. Son 2 turda xala həsrət qalan Antalya təmsilçisi Rize səfərindən 3 xalla dönüb.
Qeyd edək ki, xal itkisinə baxmayaraq, "Beşiktaş" 54 xalla Superliqanın vahid lideridir. 2 xal az toplayan "Başakşehir" ikincidir. 44 xala malik "Qalatasaray" üçüncü, 42 xallı "Fənərbağça" isə dördüncü yeri tutur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?