"Genk"in yarımmüdafiəçisi Ruslan Malinovki "Trabzonspor"un maraq dairəsinə düşüb.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, Türkiyə klubu yayda ukraynalı futbolçunu heyətinə qatmaq istəyir.
Müqavilə ilə "Şaxtyor"a məxsus olan 23 yaşlı futbolçunu "Genk" də heyətində saxlamağı planlaşdırır. Belçika klubu keçidə görə 2 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, Malinovski bu mövsüm "Genk"in heyətində meydana çıxdığı 15 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?