Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Günəş etiraf edib ki, Avropa Liqasının ¼ finalında "Lion"la deyil, "Mançester Yunayted"ə qarşılaşmaq daha üstün olardı.
gundemxeber.az report-a istinadən xəbər verir ki, bunu o, UEFA-nın saytına müsahibəsində deyib.
"Əgər mənə "Mançester Yunayted" və ya "Lion" təklif olunsaydı, mən "Yunayted"i seçərdim, çünki "Lion"un simasında güclü hücuma malik, üstəlik sürətli futbol oynayan rəqib müqavimət göstərəcək. Bizə güclü komanda düşüb, lakin biz burada çətinliklərin öhdəsindən gəlmək üçünük. Hazırda oyunun favoriti "Lion"dur, lakin bu bizim üçün hətta üstünlükdür", - deyə o əlavə edib. Komandalar arasında ilk oyun aprelin 13-də Fransada keçiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?