Bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçirilir.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi C qrupunun VI turu çərçivəsində Şimali İrlandiyanı qəbul edib.
Belfastda yığmamız üzərində qələbə qazanaraq, qrup ikinciliyini ələ keçirən britaniyalılar bu dəfə də qələbə qazanaraq mövqeyini möhkəmləndirib.
Oyuna yaxşı başlayan və hücumlar edən yığmamız bütün cəhdlərə rəğmən hesabı aça bilməyib. Əvəzində isə oyuna əlavə olunmuş dəqiqələrdə rəqib fərqlənərək qələbəni rəsmiləşdirib.
DÇ-2018-in seçmə mərhələsi, C qrupu
10 iyun
Azərbaycan - Şimali İrlandiya - 0:1
Qol: Dallas, 90+2
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes
(Hamısı İspaniya)
Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan)
FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 4. Pavle Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namiq Ələskərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Emin Mahmudov, 18. Ağabala Ramazanov, 19. Rahid Əmirquliyev, 21. Tərlan Quliyev
Ehtiyat oyuçular: 12. Alan Mannus (q), 23. Roy Kerrol (q), 3. Şeyn Ferqyusson, 6. Tom Flanqan, 7. Nial Makgin, 10. Kayl Lafferti, 13. Daniel Lafferti, 15. Pol Paton, 17. Metyu Lund, 19. Simus Makkartan, 20. Li Hodson, 22. Adam Tompson
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?