"Atletiko Madrid", gözlənildiyi kimi, Saul Niqezi "Bardelona"ya buraxmayacaq.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Enrike Sereso məlumat verib. O, gənc futbolçu ilə uzunmüddətli müqavilə imzaladıqlarını diqqətə çatdırıb. "Barselona" Marko Verrattinin transferinə alternativ olaraq Saulun namizədliyi üzərində dayanmışdı.
Amma transfer qadağası olan "Atletiko" heyətin zəifləməsinə imkan yaradacaq fəaliyyətə imkan verməyib. Ötən mövsüm Primerada 33 oyun keçirən Saul 4 qol, 3 məhsuldar ötürmənin müəllifi olmuşdu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?