Bakının “İnter” klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın “Mladost” komandası ilə cavab matçını idarə edəcək hakimlər müəyyənləşib.
İyulun 6-da “Dalğa Arena”da baş tutacaq görüş ukraynalı hakimlərə həvalə edilib.
Qarşılaşmanın baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri Vladimir Volodin və Aleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.
Hakimlərin işinə polşalı Robert Malek qiymət verəcək.
Qeyd edək ki, bu kollektivlər arasında Serbiyada baş tutan matçda “İnter” 3:0 hesabı ilə qalib gəlib./report/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?