Braziliya millisinin və “Real”ın keçmiş futbolçusu Roberto Karlos növbəti dəfə ata olub.
Bu barədə “AS” nəşri xəbər yayıb. Bildirilib ki, bu həftəsonu 44 yaşlı braziliyalının qız övladı dünyaya gəlib. Karlosun 3-cü həyat yoldaşı Mariana Lukondan olan uşağın adını Marina qoyublar.
Bu, Lukon və Robertonun ikinci övladı olsa da, ümumilikdə braziliyalı keçmiş müdafiəçinin 9-cu uşağıdır.
Onun ilk xanımından 3, ikinci xanımından isə 4 övladı daha var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?