Avrokubokların 2017/18 mövsümünün 6-cı həftəsinin ikinci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.
III təsnifat mərhələsinin Çempionlar Liqasındakı 14, Avropa Liqasındakı 2 qarşılaşmasından sonra cədvəldə cüzi dəyişikliklər olub. Azərbaycan təmsilçiləri 16 matçdan heç birində meydana çıxmadığından ölkəmizin əmsalı dəyişməz qalıb. Komandalarımız cari mövsümdə 2,625, son 5 ildə 17,375 xal qazanıb. Builki qazancın 0,875-i "Qarabağ", 0,750-si "İnter", 0,625-i "Zirə" və 0,375-i "Qəbələ"nin payına düşür.
Azərbaycan bu nəticə ilə 22-ci yerdə qalıb. Lakin qonşularımız və onlarla fərqdə dəyişiklik olub. Düzdü, izlədiyimiz Kiprin 21-ci sradakı yeri dəyişməyib. Lakin bu gün uğurlu çıxış edən ada təmsilçiləri ilə fərq 0,675-ə qədər artıb.
İzləyicimiz İsveç isə mövqeyini Belarusa qaytarıb. BATE Çempionlar Liqasından Avropa Liqasına göndərilsə də, ölkəsinə qələbə ilə 0,250 xal qazandırıb. Belarusla Azərbaycan arasında xal fərqi də elə 0,250-di.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir - 89,069./apa
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?